Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Ermənistandan olan bir sıra ictimai xadimlər rəsmi İrəvandan Qarabağ məsələsində vədlərini yerinə yetirməsini istəyiblər. Onlar bununla bağlı tələblərini 9 May Qələbə Günü münasibətilə hazırladıqları bəyanatlarında bildiriblər.

70-dən çox ziyalının imzaladığı sənəddə deyilir:

Ermənistan Respublikasının dövlət təqviminə əsasən, 9 May Qələbə və Sülh günü kimi qeyd olunur. Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz qələbə isə məğlubiyyətdir”.

Bəyanatda sülhün alternativi olmadığı vurğulanıb.

“Bu isə uduzanın boynunda ilgək deyil, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş iradəsinin azad ifadəsidir”.

Sənədi imzalayanlar qeyd edirlər ki, onlar mövcud hökumətin xüsusilə dövlət suverenliyinin həssas olduğu və Ermənistanın ciddi təhlükəsizlik təhdidləri ilə üzləşdiyi indiki son dərəcə çətin geosiyasi vəziyyət fonunda ölkəni millətlərarası düşmənçilik dalanından çıxarmağa, qonşularla münasibətləri nizama salmağa yönəlmiş səylərini görməzlikdən gələ bilməzlər.

Onlar həmçinin hesab etdiklərini bildiriblər ki, Qarabağ məsələsi ilə bağlı spekulyasiyalar dövrü artıq sona çatıb və Ermənistandakı müharibə tərəfdarları son çarəyə əl atıblar.

“Bu o deməkdir ki, vətəndaş müharibəsini qızışdıraraq xalq hakimiyyətini ələ keçirmək onların son ümididir. Aydın məsələdir ki, özünü “millətin xilaskarı” adlandıranlardan heç kim nə Azərbaycanla, nə də Türkiyə ilə döyüşmək fikrində deyil. Deməli, bu gün “erməni qisası”nın yeganə mümkün hədəfi “daxili türklər”dir, hansı ki, bizim kimi vətəni üçün ölməyi yox, öz ölkəsində azad, ləyaqətlə və xoşbəxt yaşamağı seçmiş sadə vətəndaşlardır.

Bizimlə eyni cür düşünən, lakin “türk” və “millət xaini” damğasından çəkinən minlərlə vətəndaşın səssizliyini dilə gətirir, Ermənistan Respublikasının qanuni hakimiyyətindən vədlərinə əməl etməyi və Qarabağ münaqişəsini sülh müqaviləsi ilə həll etməyi tələb edirik. Müharibə dəhşətlərindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək biz “əmmasız” sülh tələb edirik. Biz sülhün qələbəsini qeyd edəcəyik!” - deyə bəyanatda vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar