Cümə, 30 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Erməni xalqının darmadağın etdiyi müxalifət və zəfər şərabını yenidən içən Paşinyan...

Yenidən Nikol Paşinyana hökümət qurmaq üşün tam mandat verən xalq əslində 2018-ci ildə seçdiyi yola davam etmək əzmini ortaya qoymuş oldu...

Politoloq: “Rusiya Ermənistanda və ölkəsində bütün mexanizmlərdən istifadə etsə də, Nikol Paşinyanı məğlub edə bilmədi”.

“Məğlub olmuş bir baş nazirin seçkini qazanması hadisəsi tez-tez qarşılaşdığımız durum deyil”.

Bu sözləri politoloq Natiq Miri dünən Ermənistanda baş tutan seçkiləri PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində bütün gözləntilərin üzərinə baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib təkbaşına hökümət qurmaq üçün xalqdan mandat aldı.

MSK son yekun nəticələri elan edib. Bildirilib ki, 2008 seçki məntəqəsinin hamısından protokollar quruma daxil olub.

Hələ rəsmi olmayan yekun nəticəyə görə:

Nikol Paşinyanın “Vətəndaş müqaviləsi" Partiyası - 53,92% (687 251 seçici)

Robert Köçəryanın “Ermənistan” bloku 21,04% (268 165 seçici)

“Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici)

“Çiçəklənən Ermənistan” partiyası 3,96% (50 416 seçici)

“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici)

Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səs toplayıb.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 44 günlük müharibənin ağır məğlubiyyəti kölgəsində keçirilirdi və bu seçkilərdə Ermənistan müxalifəti məğlubiyyətə görə ittiham etdilkəri Paşinyan hökümətini hakimiyyətdən salacaqlarına böyük ümid bəsləyirdilər. Ermənistanın ikinci prezidenti, eyni zamanda “Qarabağ klanı”nın lideri Robert Köçəryanın başçılığı ilə müxalifət ən pis halda koalisyon hökümət qurararaq “satqın damğası” vurduqları Nikol Paşinyanla hesablaşa biləcəklərinə ümid edir və revanşist şüarlalrla çıxış edirdilər. Lakin dünən erməni xalqı Robert Köçəryan başda olmaqla erməni müxalifətini və onların xaricdəki havadarlarını böyük xəyal qırıqlığına uğratdı. Yenidən Nikol Paşinyana hökümət qurmaq üşün tam mandat verən xalq əslində 2018-ci ildə seçdiyi yola davam etmək əzmini ortaya qoymuş oldu.

Ermənistanda keçirilən seçkilərin nəticələrini PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Nikol Paşinyana veriləcək faiz dərəcəsinin höküməti qura biləcək səviyyədə olması bir çox insanları təəccübləndirdi”.

Rusiyanın Ermənistanda və ölkəsində bütün mexanizmlərdən istifadə etsə də, Nikol Paşinyanı məğlub edə bilmədiyini nəzərə çatdıran politoloq PİA.az-a bildirib ki, Moskva nəinki Paşinyanı məğlub edə bilmədi, hətta Paşinyan höküməti tək başına qura biləcək səviyyədə etimada sahib oldu:

“Əslində Ermənistanda keçirilən seçkilərdə nəticələr heç də təəccüb doğurmamamlıdır. Çünki Ermənistan cəmiyyətində uzun illər Ermənistana rəhbərlik etmiş “Qarabağ klanı”nın nümayəndələrinə sözün əsil mənasında patoloji nifrət var və dünən də erməilər bu patoloji nifrəti bir daha ortaya qoymuş oldular. Ermənistan cəmiyyəti 2008-ci il martın 1-də xalqı güllələyən Robert Köçəryanı və Serj Sərkisyanı unutmadığını da göstərdi. Ayrıca bildiyimiz kimi bu dönəmlərdə Ermənistanda korrupsiya çiçəklənmişdi. Demək olar ki, Ermənistanın bütün iqtisadiyyatı “Qarabağ klanı”nın nəzarətində idi.

Həmçinin 10 illər ərzində Ermənistanın “məğlubedilməz” ordusunun normal səviyyədə ortaya çıxmamasının əsas səbəbkarı da əlbəttə ki, 2 illik Paşinyan höküməti deyildi. Orduya yüz milyardlarla vəsait ayırıb və bu yöndə pulları xərcləyən Köçəryan, Sərkisyan hakimiyyəti ölkənin ordusunu pis vəziyyətə saldılar. Gözlənilirdi ki, Ermənistan xalqı bu siyasətçilərə, xüsusilə “Qarabağ klanı”nın nümayəndələrinə etimad etməyəcək. Seçkinin nəticələri də bunu ortaya qoydu.

Qeyd edim ki, Rusiya Ermənistanda və ölkəsində bütün mexanizmlərdən istifadə etsə də, Nikol Paşinyanı məğlub edə bilmədi. Nəinki məğlub edə bilmədi, hətta Paşinyan höküməti tək başına qura biləcək səviyyədə erməni xalqının etimadına sahib oldu.

Məğlub olmuş bir baş nazirin seçkini qazanması hadisəsi tez-tez qarşılaşdığımız durum deyil. Erməni xalqı bu yöndə müəyyən mənada seçildi. Xalq göstərdi ki, Paşinyan nə qədər pis olsa da belə, “Qarabağ klanı”na etimad göstərmirlər.

Natiq Miri: “Paşinyan həqiqətən də bütün kommunikasiyaların açılmasına tərəfdardır və regional əməkdaşlıq çərçivəsində Ermənistan iqtisadiyyatının yenidən dirçəlməsinə söz verib”.

Düşünürəm ki, bu çox mənəvi, psixoloji bir durumdur. Bu durumdan “Qarabağ klanı”, xüsusilə Azərbaycana qarşı müharibə siyasətində olan bütün siyasətçilər dərs götürməlidirlər. Çünki erməni xalqı əslində erməni cəmiyyətinin gözünün açılması və gələcək iqtisadi perespektivə səs verdi. Bu yolu da erməni xalqı Paşinyanla getmək istədi. Çünki Paşinyan həqiqətən də bütün kommunikasiyaların açılmasına tərəfdardır və regional əməkdaşlıq çərçivəsində Ermənistan iqtisadiyyatının yenidən dirçəlməsinə söz verib.

Buna görə də mən düşünürəm ki, bu nəticə gözlənilirdi. Sadəcə Nikol Paşinyana veriləcək faiz dərəcəsinin höküməti qura biləcək səviyyədə olması bir çox insanları təəccübləndirdi. Çünki Paşinyanın bu səviyyədə dəstək alacağı gözlənilmirdi. Bir daha qeyd edim ki, Ermənistan növbəti dəfə bütün regionu təəccübləndirdi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Etimadı itirən Qurbanovun “B“ planı: Yerinə kimi gətirir?

Azərbaycanda deputat istirahət mərkəzində sərxoş olub polisə hücum çəkdi - İddia

Nazim İbrahimova həbs yolu göründü – “Rövşən Əkbərov işi”ndə sürpriz

“Rusiya Paşinyanın bu satqınlığını ona bağışlamayacaq” - Elxan Şahinoğlu  

Məşhur azərbaycanlı iş adamı vəfat etdi - Foto

Flora Kərimovadan Əli Kərimliyə cavab: "Mənim davam torpaq-qürur davası olub, qarın yox!"

İnsanın sağlam olduğunu göstərən 10 göstərici və analiz

Paşinyandan Ermənistan-Azərbaycan sərhədi ilə bağlı yeni təklif

Bir qrup Amerika generalı ABŞ qubernatoru ilə Bakıdan Zəngəzura gedib

Azərbaycanın icazəsi olmadan Rusiya jurnalistlərinin və bloqqerlərin Qarabağa girişinə niyə icazə verilir?

Ən çox oxunanalar