Cümə axşamı, 28 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi başlayıb

Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib.

Əlahiddə Ümumqoşun Ordudan "Report"a verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrinin, Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin cəlb edildiyi təlimdə ənənəyə uyğun olaraq iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən və eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru hərəkətə başlayıb.

Bayraq taqımları “Ümid” körpüsü üzərinə çatdıqdan sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib və bayraqdəyişmə mərasimi keçirilib.

Mərasimin davamı olaraq “Ümid” körpüsündən keçən Türkiyə Silahlı Qüvvələrinin hərbi kolonu təlim rayonu istiqamətində hərəkət edib və qardaş ölkənin hərbi qulluqçuları Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli şəkildə qarşılanıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Milyonluq şirkətlərə rəhbərlik edən azərbaycanlı biznes ledilər - Fotolar

Ermənilər Şuşa ətrafına ağır texnikalar yığır

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında soyuq münasibətlərin səbəbi nədir?

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi

"Azərbaycan kişisinin arvad tərəfə yıxılması tarixi o vaxtdan başlayır"

Yaşar Nurinin qızı: "Satmağa bir şey yoxdur, nəyi satım?!"

Yas mərasimləri və qadağalarla bağlı yeni açıqlama

İcra başçısı COVİD-19 əleyhinə 3-cü doza peyvənd olundu - Foto

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Azərbaycanda yaşayış minimumunun məbləği artırlır

Ən çox oxunanalar