Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İsrailə hücuma görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək    

ABŞ İsrailə hücumdan sonra İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Məhdudiyyətlər İranın raket və dron proqramlarını hədəf alacaq...

Poliqon "Bloomberg"ə istinadən xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan sanksiyaların "yaxın günlərdə" həyata keçiriləcəyini deyib.

O əlavə edib ki, ABŞ "hərtərəfli cavab" üçün G7 dövlətləri və digər tərəfdaşlarla öz hərəkətlərini koordinasiya edir.

"Biz bütün dünya üzrə müttəfiqlər və tərəfdaşlarla, eləcə də Konqreslə koordinasiyalı şəkildə hərəkətə keçməkdə tərəddüd etməyəcəyik ki, İran hökumətini şər və sabitliyi pozan hərəkətlərinə görə cavabdehlik danşısın", deyə Sallivan bildirib.

Onun sözlərinə görə, ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu və İranın Müdafiə Nazirliyinə dəstək verən təşkilatlara qarşı sanksiyaların tətbiqini elan edəcək və onların nümunəsini müttəfiqlərinin də izləyəcəyini gözləyir.

ABŞ rəsmisi deyib ki, ABŞ İran pilotsuz təyyarələrinə qarşı mübarizə aparmaq üçün Yaxın Şərqdə hava və raketdən müdafiə sistemlərinin inteqrasiyası üzərində işləməyə davam edir.

İran aprelin 14-nə keçən gecə İsrailə hücum edib. Xüsusilə, yüzlərlə pilotsuz təyyarə və raket buraxılıb. İDF hərbçilərin hava hədəflərinin əksəriyyətini vurduğunu bildirib. İranın İsrailə hücumu hava nəqliyyatında xaosa səbəb olub. Belə ki, ən azı 12 aviaşirkət öz marşrutlarını ləğv edib və ya dəyişib.

Poliqon.info

 


Etiket: ABŞ İran İsrail


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Ən çox oxunanalar