Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sensasiya: Vladimir Jirinovski ermənilərə dəstəyi dayandırmaq çağırışı etdi

"Biz onları Azərbaycana qarşı dəstəkləyirik: LDPR buna qarşıdır"...

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski sensasion açıqlama verib.

Musavat.com Rusiya mediasına istinadən məlumat verir ki, LDPR sədri Jirinovski bildirib ki, ermənilərə Azərbaybaycana qarşı edilən yardımlar kəsilməlidir. Bu açıqlama erməni telegram kanallarında sürətlə yayılmaqda və həmin kanalların oxucuları tərəfindən ən müxtəlif məzmunlu tənqidlərə məruz qalmaqdadır. LDPR sədri həmçinin qeyd edib ki, Rusiya xarici dövlətlərə yardımları dayandırmalıdır.

Sitat: "Hazırda biz Ermənistana Azərbaycana qarşı yardım edirik. Artıq Əfqanıstanda aclıq çəkənlər üçün təyyarələr formalaşıb-qruplaşır. LDPR bunlara qarşıdır. Biz daima bunlara qarşı olacağıq. Bir qram da olsun ərzaq heç bir xarici dövlətə verilməməlidir. Heç bir ölkəyə heç bir qəpik, heç bir əsgər göndərilməməlidir. Biz öz vətəndaşlarımıza kömək etməliyik. Bu, ən doğru addımdır".

Musavat.com bildirir ki, burada xüsusilə heç bir dövlətə əsgər göndərilməməsi ilə bağlı fikir heyrət doğurmaya bilməz. Çünki Vladimir Jirinovski bir müddət əvvəl bunun tamamilə əksi olan açıqlamalar vermişdi. Hazırda isə Rusiyanın xarici ölkələrdə əsgərləri Ukrayna, Suriya, Moldova, Ermənistan, Azərbaycan və sairdə var. Belə aydın olur ki, Jirinovski Dağlıq Qarabağdan Rusiya sülhməramlılarının çıxacağı ilə bağlı informasiyaya malikdir və bu cür açıqlamalar verir.

Musavat.com xatırladır ki, Qarabağdakı Rusiya sülhməramlıları 5 il müddətinə bölgədə fəaliyyət göstərəcəklər. 5 ilin tamamında tərəflərdən hansı etiraz etsə, sülhməramlılar həmin ərazidən çıxmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar