Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birləşmiş Ştatlar yeni betondeşici aviabombanı sınaqdan keçirib

ABŞ yeni güclü betondeşici aviabombanı sınaqdan keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Floridadakı Elgin hava bazasından havaya qalxan "F-15E Strike Eagle" qırıcı-bombardmançısı ən yeni "GBU-72 Advanced 5K Penetrator" betondeşici bombadan istifadə edərək yaxın məsafədə yüksək səviyyədə qorunan hədəfi vurub.

Qeyd edilir ki, 2,3 ton ağırlığında hazırlanmış bomba dərin beton obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub.

Bomba 30 metr dərinliyə girmək və 6 metrə qədər beton vurmaq qabiliyyətinə malikdir.

ABŞ Hərbi Hava Qüvvələri bombanı 2022-ci ildə almağı planlaşdırır. Onun ilk partiyasının dəyəri 36 milyon ABŞ dolları olacaq.

Bu bombalarla "F-15E"dən başqa, "F-16" və beşinci nəsil F-35 qırıcılarının da təchiz edilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, adi və nüvə başlığı olmayan ən güclü aviabomba deyil. ABŞ Hərbi Hava Qüvvələrində təxminən 10 ton ağırlığında "Massive Ordnance Air Blast" sursatı və 13,6 ton ağırlığında "Massive Ordnance Penetrator" bombaları var ki, onları yalnız ağır strateji bombardmançı təyyarələr daşıyır

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar