Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qazın kəskin bahalaşması: günah kimdədir...

Bütün Avropa ölkələrində təbii qazın qiyməti artmaqdaykən qitənin ehtiyacının böyük hissəsini ödəyən Rusiyanın vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışmasıyla bağlı ittihamlar səslənir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallian (Jake Sullivan) bu yaxınlarda Rusiyanın enerji ehtiyatlarından siyasi silah kimi istifadə edə biləcəyindən narahatlığını ifadə etmiş və demişdi: "Düşünürəm ki, Rusiya Avropa bazarının artan enerji tələbatına cavab verməlidir".

BBC-nin təhlilində deyilir ki, Rusiya Avropanın təbii qaza olan tələbatının 50 faizini ödəyir. Digər 50 faizin böyük hissəsini Avropa Norveç və Əlcəzairdən alır. Rusiya qazı Avropaya "Şimal axını", "Yamal-Avropa" və "Qardaşlıq" kimi bir neçə böyük boru kəməri ilə ixrac edir. Həmin qaz əvvəlcə regional anbarlarda toplanır, sonra qitənin müxtəlif ölkələrinə paylanır.

Koronavirus pandemiyası dövründə Rusiyadan Avropaya qaz ixracı azaldı, çünki bir çox müəssisənin bağlanması bu yanacağa tələbatı azaltdı. İndi Avropada qaza tələbat yenidən yüksəlməyə başlayıb, ancaq idxal edilən (xüsusilə də Ukrayna və Belarus ərazisindən) yanacağın həcmi hələ də artırılmayıb. Bu, Avropanın ehtiyatlarının azalmasına və nəticədə qiymətlərin artmasına gətirib çıxardı.

Rusiyanın nəzarət paketi dövlətə məxsus olan "Qazprom" şirkəti Avropaya qazı iki fərqli razılaşma çərçivəsində göndərir:

• adətən, 10-25 illik ixracı nəzərdə tutan uzunmüddətli müqavilələr;

• bəlli miqdarda qaz satışına aid birdəfəlik müqavilələr.

"Qazprom" uzunmüddətli razılaşmaların "sabit və davamlı təbii qaz tədarükü üçün həyati əhəmiyyət kəsb etdiyini" bildirir.

Bu il şirkət həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirib. Avropa Enerji Agentliyinin rəhbəri Fatih Birol son açıqlamasında bildirib ki, Rusiya "istəsə", təxminən 15 faiz çox qaz göndərə bilər. Bəzi ekspertlər deyirlər ki, Rusiya birbaşa Almaniyaya çəkilmiş yeni "Şimal axını-2" xəttinin ən qısa zamanda təsdiqlənməsi üçün ixracı məhdudlaşdırmış ola bilər.

Rusiya bu xəttin tez bir zamanda aktivləşdirilməsini istəyir, ancaq Ukrayna ərazisindən yan keçən "Şimal axını-2"yə geosiyasi və ekoloji baxımdan etirazlar var.

"Avropanın böyük media quruluşlarının çoxu mövcud çətinlikləri "Qazprom"-un ixracı məhdudlaşdırması və bununla da Almaniya rəsmilərini və Avropa Komissiyasını "Şimal axını-2"ni təsdiqləməyə məcbur etmək istəməsi kimi şərh edir" - Oxford Enerji Araşdırmaları İnstitutunun əməkdaşı Cek Şarples belə deyir. Ancaq o bu qənaətin doğruluğuna şübhə edir.

Almaniyanın kansleri Angela Merkelin açıqlamaları da bu yöndədir. Merkel Rusiyanın müqavilə öhdəliklərini yerinə yetirməməsindən xəbərsiz olduğunu deyib və əlavə edib ki, Rusiya qazı müqavilə öhdəliklərinə əsasən göndərə bilər, istədiyi qədər deyil. Hərçənd "Qazprom"-un elektron satış platformasında birdəfəlik alqı-satqı müqavilələrinin çox olmadığı görünür. "Bundan belə bir qənaət hasil olur ki, "Qazprom" uzunmüddətli müqavilələr üzrə öhdəliyindən artıq qaz ixrac etməyib" – C.Şarples belə düşünür.

Bu fikri Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Kadri Simson da dilə gətirib. "İlkin qiymətləndirmələrimiz göstərir ki, Rusiya uzunmüddətli müqavilələri yerinə yetirir, lakin əlavə qaz vermir" - Simson oktyabrın 6-da Avropa Parlamentinin deputatlarına belə söyləyib.

Digər tərəfdən, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov BBC-yə deyib ki, "Qazprom" bazarda sabitliyi təmin etmək üçün öz ehtiyatlarını boru xətlərinə yönəltməyə başlayıb: “Biz heç vaxt enerji problemi vasitəsilə təzyiq göstərmək siyasəti yürütməmişik".

Avropa Qaz İnfrastrukturu İdarəsinin məlumatlarına görə, hazırda Avropada təbii qaz ehtiyatı son 10 illik ortalamadan çox aşağıdır. Başqa sözlə, indiki ehtiyatlar ümumi tutumun 75 faizini təşkil edir. Hazırda Britaniyanın çənləri doludur, ancaq Rusiya bu ölkənin qaza tələbatının yalnız 5 faizini ödəyir. Ona görə də Britaniya digər Avropa ölkələri kimi Rusiya qazından asılı deyil.

Qeyd edək ki, Rusiyanın öz ehtiyatları da bu ölkənin tələbatından azdır.

"Economist" qrupunun "Economist Intelligence Unit" araşdırma və analiz şöbəsinin əməkdaşı, avropalı ekspert Adeline Van Houtte deyir ki, "Hazırda Rusiyanın daxili qaz bazarında da problem var. İstehsal artıq pik nöqtəsindədir və qarşıdan qış gəlir… Bu, ölkənin ixrac imkanlarını məhdudlaşdırır".

Avropada qaz çatışmazlığına təsir edən başqa amillər də var:

2021-ci ilin əvvəlindəki soyuq havaya görə qaz sərfiyyatının artması;
payız və yaz aylarındakı qiymət yüksəlişinin satış məqsədli qaz alışını artırması;
texniki xidmət sahəsindəki problemlərə görə Norveçin satış təklifini məhdudlaşdırması;
külək enerjisi kimi mənbələrdə azalma;
dünyanın digər yerlərində də qaza tələbatın artması.

Yavaş-yavaş koronavirus pandemiyasından çıxmağın yaratdığı iqtisadi canlanma fabriklərin və bir çox iş yerlərinin yenidən açılmasına səbəb oldu və bu da enerjiyə ehtiyacı artırdı. Bundan başqa, dünyanın digər yerlərində təbii qaza tələbatın artması da vəziyyətə təsir edir. Son iyirmi-otuz ildə Asiya və Yaxın Şərq bölgələrində qaza tələbatın miqyası sürətlə genişlənib. Bu isə Avropanın qaz idxalının təxminən dörddə birini təşkil edən maye qaz (LNG) bazarındakı qiymətlərə təsir edir. Maye qaza tələbat artdıqca, qiymətlər də yüksəlir və istehsal olunan qazın əhəmiyyətli hissəsi Asiyaya gedir.

Bundan başqa, Rusiya Çinə də qaz ixracını artırıb və iyun ayında ölkənin şərqində qaz emalı zavodu açıb. Həmin zavodun dünya üzrə ən böyük belə müəssisə olacağı gözlənir.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq deputat nazir və yeni müavininin görüntülərini paylaşdı: “Niyə dövlət vəzifələri əyləncəyə çevrilir?” – Video

“Prezidentin qulu olmağa hazıram”, deyən nazir müavini Budaqovla bacanaq imiş

21-ci əsrdə özünü “qul elan edən” nazir müavini nələrini sığortalamaq istəyir?

Beynəlxalq Real Aykido Federasiyası respublikadaxili kəmər imtahanı keçirib - Foto

"Qanuni oğru"ların "sxodka"sı keçirildi - Bu "lotu"nun adı əlindən alındı

14 şəhiddən biri olan “işçi Nəbiyev” kimdir? - Video

Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı - Video

Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi başa çatıb - Yenilənib, Foto

Dünənki qəzada DSX şəhid olan hərbiçilərin siyahısını elan etməkdə niyə gecikdi?..

“Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay