Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə İşğal Muzeyi və Zəfər Parkı salınacaq, yüksək məkanda Bayraq meydanı yaradılacaq

"Möhtərəm Prezident, hörmətli Mehriban xanım, Füzuli Memorial Kompleksi şəhərin mərkəzi hissəsində yaradılacaq. Durduğumuz məkanda, 5 hektarlıq ərazidə İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər Parkı salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq. İcazənizlə kiçik bir film nümayiş etdirmək istərdik".

PİA.az-ın xəbərinə görə, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planını Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim edərkən deyib.

"Cənab Prezident, videoda da göründüyü kimi, Bayraq meydanı şəhərin ən yüksək nöqtəsində salınacaq və Füzulinin yeni simvolu olacağına inanırıq. Xüsusən də axşam vaxtı işıqlandırma effektləri ilə hər tərəfdən görünəcək. Muzey 6 əsas zaldan ibarət olacaq. Hər zal bir mövzuya həsr olunacaq, Füzulinin və Qarabağın strateji əhəmiyyətindən bəhs edəcək. Muzeyin alt qatında erməni işğalçıları tərəfindən qurulmuş istehkamlar təqdim olunacaq. Bununla yanaşı, Füzulini azad edərkən bizim hərbçilərimizin mükəmməl qurduğu strategiyaya həsr olunmuş bir zal da olacaq. Həmçinin Füzuli işğaldan azad olunduqdan sonra onun görkəmi, bugünkü vəziyyəti və təbii ki, şəhidlərimizin xatirəsinə həsr olunmuş ayrıca bir ekspozisiya da təşkil olunacaq. Muzey böyük bir parkda yerləşəcək. Parkda, həmçinin Zəfər abidəsi qurulacaq. İcazənizlə, abidənin müəllifi Rəşad Mehdiyevi təqdim edim", - komitə sədri vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar