Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

"İranAzərbaycan hərbi əməkdaşlığı inkişaf etdirir".

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hərbi əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin sabitliyinin təminatıdır: “Müsəlman və qardaş Azərbaycanın müdafiə naziri ilə çox yaxşı görüş baş tutdu. Bu görüşdə İran İslam Respublikasının qonşu ölkələrlə, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirə apardıq”.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilk olaraq dəvətə görə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə təşəkkür edib. Azərbaycanın müdafiə naziri bildirib ki, görüş səmimi atmosferdə keçib: “Görüşdə önəmli məsələlər haqda danışıq apardıq. Bildirdik ki, ikitərəfli əlaqələrin inkişafında qərarlıyıq. Əminəm ki, bu görüşdən sonra iki ölkənin hərbi əməkdaşlığı yüksək səviyyədə olacaq”.

Z. Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini Azərbaycana rəsmi səfər dəvət etdiyini diqqətə çatdırıb: “Ümid edirəm bu səfər tezliklə baş tutacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar