Çərşənbə, 28 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Fərid İlyasovun “Vətənə xidmətə görə” ordeni ailəsinə təhvil verildi - Foto

30 illik vətən həsrətinə, erməni işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi. Xalqımızın qələbəsi ilə bitən müharibədə qəhrəmanlıq, igidlik göstərən qəhrəmanlarımız Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edilir.

Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətində şəhid İlyasov Fərid İbad oğluna ölümündən sonra verilən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin ailəsinə təqdimetmə mərasimi keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, Naxçıvan Müxtar Respublikasının N saylı Hərbi Hissənin zabiti, polkovnik leytenant İntiqam Ağasıyev, şəhidimizin babası Əlövsət İbrahimov və anası Bəsirə İlyasova iştirak edib.

RİH başçısı ordumuzun döyüş meydanında əldə etdiyi şərəfli qələbədən, igidlərimizin göstərdiyi şücaətlərdən danışaraq bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yurdlarımız tez bir zamanda bərpa olunur. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur və artıq soydaşlarımız öz dədə-baba yurdlarına köçməyə başlayıblar.

Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edən RİH başçısı Abşeron rayonunda da bu qəbildən böyük işlər görüldüyünü, onların işlə təmin olunmalarında əhəmiyyətli nəticənin əldə edildiyini vurğulayıb.

Sonra çıxış edən şəhid Fərid İlyasovun ailəsi ölkəmizdə şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər bir anında bu qayğını hiss etdiklərini qeyd ediblər. Fərid İlyasovunun Vətən Müharibəsi zamanı göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiklərini vurğulayan şəhid ailəsi onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - Video

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

KİV: "Türkiyənin daxili işlər naziri istefa verib"

DSX rəisi: “Sərhədçilər əməliyyata Kəlbəcərdən başlamalı idilər, hücum istiqaməti dəyişdi”

Bakı aeroportunda faciəli şəkildə ölən şəxs baş mühasibin oğlu imiş

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim təyin netdi

Ermənistanın birinci prezidenti: “Qarabağ məsələsi həll olunub”

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

“Tarif Şurası elə bil Marsda yaşayır" - Nura Suri

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət etdi - Yenilənib

Ən çox oxunanalar