Çərşənbə, 28 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda orta əsrlərə aid yeni arxeoloji abidələr aşkarlanıb - Foto

Lənkəran rayonunun Velədi kəndi ərazisində aparılan tikinti işləri zamanı maddi-mədəniyyət nümunələrinin aşkarlanması ilə əlaqədar olaraq Lənkəran Regional Elmi Mərkəzinə müraciət olunub.

AMEA-dan verilən xəbərə görə, mərkəzin Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin aparıcı elmi işçiləri tarix üzrə fəlsəfə doktoru, arxeoloq Samir Kərimov və t.ü.f.d. Mais Cəfərov tərəfindən əraziyə baxış keçirilib.

Velədi kəndinin ərazisində, Lənkərançayın sağ sahilində, Velədi və Gərmətük kəndlərinin arasında yerləşən yeni məhəllədə hasar tikintisi ilə əlaqədar qazılan xəndəkdə 40 sm dərinlikdən orta əsrlərə aid şirsiz və şirli saxsı məmulatları aşkarlanıb. Ərazidən aşkarlanan saxsı məmulatları burada qalınlığı bir metrdən çox mədəni təbəqənin, təqribən iki ha sahəyə malik olan və IX-XI əsrlərə aid yaşayış yerinin mövcudluğunu deməyə əsas verir.

Abidə üzərində Velədi kəndinin yeni məhəlləsi salındığından mədəni təbəqə ciddi dağıntılara məruz qalıb və onun mikroreylefi pozulub. Həmin ərazidən təqribən bir km şərqdə isə həyətlərin birində quyu qazılarkən təqribən üç-dörd m dərinlikdən erkən orta əsrlərə aid buxurdan və saxsı qazan tapılıb.

Məlumatda qeyd edilib ki, hələ bir neçə il əvvəl də oxşar tapıntılar Velədi kəndində həyətyanı sahədə quyu qazılarkən da aşkar edilib. Bütün bunlar Lənkərançayın sağ sahilində orta əsrlərə aid zəngin arxeoloji abidələrin olması ehtimalını yaradır. Alimlərin fikrincə, abidələrdə mədəni təbəqənin xarakterini dəqiq müəyyən etmək üçün gələcəkdə arxeoloji qazıntıların aparılması zəruridir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - Video

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

KİV: "Türkiyənin daxili işlər naziri istefa verib"

DSX rəisi: “Sərhədçilər əməliyyata Kəlbəcərdən başlamalı idilər, hücum istiqaməti dəyişdi”

Bakı aeroportunda faciəli şəkildə ölən şəxs baş mühasibin oğlu imiş

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim təyin netdi

Ermənistanın birinci prezidenti: “Qarabağ məsələsi həll olunub”

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

“Tarif Şurası elə bil Marsda yaşayır" - Nura Suri

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət etdi - Yenilənib

Ən çox oxunanalar