Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai nəqliyyata qiymət artımı, ya dövlətdən dəstək lazımdır?

Bakıda və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyat keçirən 19 özəl şirkət dövlət rəhbərliyinə müraciət ünvanlayıb...

Müraciətdə bildirilir ki, pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədi ilə ayırdığı 280 milyon manat vəsaitdən onlara hər hansı bir yardım verilməyib. Sahibkarların etdiyi müraciətdə şirkətlərin ziyana işlədiyi də vurğulanıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, ictimai nəqliyyat xidmətindən istifadə üçün tarif qiymətlərini qaldırmaqdansa, dövlət özəl sərnişindaşıma şirkətlərinə müəyyən dəstək göstərməlidir.

Tarif Şurası özəl daşıma şirkətlərin ünvanladığı müraciətə münasibət bildirib. Verilən məlumata görə, müraciətdə göstərilən məsələrlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb.

Şirkət rəhbərləri ölkədə dizel yanacağının qiymətinin 33% bahalaşaraq 80 qəpik müəyyən edilməsi, avtobus nəqliyyat vasitəsi üçün zəruri olan ehtiyat hissələrinin 50 faiz bahalaşması problemlərinə diqqət çəkiblər.

Daşıyıcı şirkətlər həmçinin hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildiriblər. Onlar həmin rüsumun azaldılmasını tələb ediblər.

Hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80 faizini özəl sərnişindaşıma şirkətləri icra edir.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar