Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qərbin sanksiyalarından Orta Asiya ölkələri vasitəsi ilə yayınır...

Moskva Orta Asiya ölkələrinin köməyi ilə sanksiyalardan necə yan keçməyə çalışır?..

Ukraynada müharibə başlayandan sonra Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməyə çalışan Rusiya Orta Asiya ölkələrindən sanksiyalara məruz qalan məhsulları idxal etməyə başlayıb.

PİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

Rusiyanın Orta Asiyadan idxal etdiyi mallar əsasən texnika və elektron avadanlıqlardır ki, onların əsas ixracatçıları Qərb ölkələri və ABŞ-dır. İndi bu mallar Rusiyaya Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan gətirilir.

“Azadlıq Radiosu” yazır ki, Qazaxıstanın 2022-ci ilin yanvar-avqust aylarında Rusiya Federasiyası ilə ticarətin həcmi 15,9 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur. Həcmdə cüzi artıma baxmayaraq, Qazaxıstandan bəzi malların tədarükü Rusiya Federasiyası, yəni texnika və elektrik avadanlıqlarıdır.

Özbəkistan isə 2022-ci ilin yanvar-avqust aylarında Rusiya Federasiyası ilə ticarətin həcmi 27,1% artaraq 5,6 milyard dollar təşkil edib. Özbəkistan Rusiya Federasiyasına adətən sənaye malları, tekstil, tərəvəz və meyvələr, qızıl ixrac edir. Lakin yanvar-avqust aylarında elektromobil və avadanlıqların ixracını 21,3 dəfə, qeyri-ixtisaslaşdırılmış nəqliyyat vasitələri, istehsal avadanlıqları və avtomobil hissələrinin ixracını isə 4,3 dəfə artıb.

2022-ci ilin 8 ayı ərzində Qırğızıstan Rusiya Federasiyasına 445 milyon dollar dəyərində mal göndərib ki, bu da 2021-ci ilin eyni ayları ilə müqayisədə 207 milyon dollar çoxdur. Qırğızıstan Rusiyaya əsasən geyim, kosmetika, avtomobil hissələri idxal edib. Lakin texnika və elektrik avadanlıqlarının ixracı da artıb.

Türkmənistanın yanvar-may aylarında Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 278 milyon dollar təşkil edib. Türkmənistandan Rusiyaya tekstil, geyim və ayaqqabı, ərzaq, kənd təsərrüfatı məhsulları, kimya məhsulları və rezin tədarük edilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar