Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqazda boşanmalar niyə artır? - Ekspert

Rusiya Statistika İdarəsinin 2022-ci il üçün məlumatına görə, Çeçenistan, Dağıstan və İnquşetiyada boşanmaların sayı demək olar ki, iki dəfə artıb. Həmçinin bu respublikalarda ilin sonunda nikahların sayında azalma qeydə alınıb.

PİA.az oxu.az-a istinadən xəbər verir ki, ailə üzrə ekspert Qalina Karaseva statistikaya təsir edən səbəblər barədə danışıb.

O bildirib ki, Avropa həyat tərzi Şimali Qafqaza və yerli əhalinin adət-ənənələrinə təsir etməyə başlayıb.

"Şərq yox, Avropa mədəniyyəti Qafqaza nüfuz etməyə başlayıb. Artıq yerli sakinlər boşanmağa daha asan qərar verirlər", - deyə o, bəyan edib.

Bundan əlavə, onun fikrincə, COVİD pandemiyası da vəziyyətə mənfi təsir edib. Bir çox ailələrdə karantin səbəbindən münasibətlər pisləşib.

Bu arada, boşanmaların ən aşağı göstəricisi MoskvaSankt-Peterburqda qeydə alınıb. 2022-ci ildə iki paytaxtda nikahların sayı boşanmaların sayını demək olar ki, iki dəfə üstələyib.

Karaseva izah edib ki, bu, meqapolislərin sakinlərinin yüksək rifahı ilə əlaqədardır - maddi durum nikahın qorunub saxlanmasına müsbət təsir göstərir.

"Böyük şəhərlərdə insanlar münasibətlərini rəsmiləşdirməyə çalışmırlar. Buna görə də onların sonu statistikaya daxil edilməyib", - deyə ekspert qeyd edib.

pia.az


Etiket: boşanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

Ən çox oxunanalar