Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənsum İbrahimov: "Terrorçunun əlbəttə, arxasında duranlar var"

İrandakı səfirliyimizə edilən silahlı hücumu xalqımın bir nümayəndəsi, sənət adamı kimi qınayıram. Çünki bu, terror hadisəsidir. Səfirliyin yerləşdiyi ərazi birmənalı olaraq Azərbaycanın suveren ərazisi sayılır. Terrorçu binaya hücum edə bilibsə, əlbəttə, arxasında duranlar var. İran tərəfi hadisəyə müxtəlif don geyindirməyə çalışır ki, guya şəxsi zəmində baş verib. Amma terror aktı olduğu göz qabağındadır. Şəhid olan əməkdaşımıza Allahdan rəhmət diləyirəm, məkanı cənnət olsun. Yaralılarımıza Allahdan şəfa diləyirəm. Xalqımız hiddət içindədir. Bu, birbaşa xalqımıza, dövlətimizə qarşı yönəldilmiş terrordur, böyük hadisədir. Şiddətlə qınayıram. Səbəbkarları aydınlaşdırılmalı, qanunla ən sərt cəza verilməlidir. Bunu belə qoymaq olmaz”.

Bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov deyib.

O bildirib ki, Azərbaycan səfirliyi artıq diplomatik fəaliyyətini dayandırıb: “Əlbəttə, hər şey aydınlaşana qədər belə də olmalıdır. Azərbaycan 20-30 il bundan əvvəlki dövlət deyil, güclüdür, Cənubi Qafqazın lider dövlətidir. 44 günlük müharibədə də gücünü dünyaya sübut etdi. 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz azad etdi. Bu gün də Azərbaycan haqq sözünü dünyaya deməyi bacarır və Allahın izni ilə bundan sonra da bacaracaq. Bizim güclü dövlətimiz var, liderimizə güvənirik. Xalq olaraq dövlətimizin arxasındayıq”.

M.İbrahimov Azərbaycanın İrandakı səfirliyini bağladığına görə İran tərəfinin absurd açıqlamalar verməsinə də münasibət bildirib: “Dövlətimiz doğru olan nədirsə, onu edir. Dövlətimizə güvənirik. Belə də olmalıdır. İran bizim əvəzimizə nə qərar verə bilər? Bu, bizim qərarımızdır. Dövlətimiz nə etmək lazım olduğuna özü qərar verir. Düz etmişik. Çünki törədilən terror cəzasız qalmamalıdır. Bu gün bütün dünya səfirliyimizdə törədilən terror hadisəsini şiddətlə qınayır”.

Xalq artisti Azərbaycanın Təbrizdə konsulluğunun fəaliyyətini davam etdirməsinə, cənublu soydaşlarımızın ayağa qalxması üçün edilən çağırışlara da dəstəyini ifadə edib: “Əlbəttə, terror hadisəsinə görə xalqımız bu gün birləşməlidir. Konsulluğumuzu bağlamalıdırlar. Çünki bizim vətəndaşlarımız ora müvəqqəti gedir-gəlir, insanlarımız orada yaşayırlar. Suallar yaranır, bununla bağlı diplomatik nümayəndəliyimizə müraciət etməlidirlər, çünki onların hüquqlarını nümayəndəliyimiz qoruyur. Amma rəsmi elan olundu ki, İranda diplomatik fəaliyyətimiz dayanadırılıb. Bütün dünya bunu eşitdi”.

pia.az


Etiket: İran terror


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar