Bazar ertəsi, 29 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistandan qisas əməliyyatı: Əfqanıstana zərbələr endirilib, 8 nəfər ölüb...

Əfqanıstanda hakim Taliban rejimi Pakistanın ölkə ərazisinə iki hava hücumu təşkil etdiyini bildirib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 qadın və uşaq həlak olub.

"The Khorasan Diary "portalının məlumatına görə, zərbələr Təhrik-i-Taliban Pakistan radikal qruplaşmasının yaraqlılarının sığınacaqları və düşərgələrinə endirilib. Zərbələrin hədəfi Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı Ləman (Paktika əyaləti) və Paşa Mella (Xost əyaləti) yaşayış məntəqələri olub.

"Təxminən səhər saat 3:00 radələrində Pakistan aviasiyası sərhədə yaxın Xost və Paktika əyalətlərində mülki əhalinin evlərini bombalayıb", deyə Təşkilat sözçüsü Zabihullah Mücahid qeyd edib.

Ölkə hökumətinin sözçüsü zərbələri qətiyyətlə pisləyib və bunu ölkənin suverenliyinin pozulması adlandırıb. Pakistan ordusu və Xarici İşlər Nazirliyi Reuters-in sorğusuna cavab verməyib.

Zərbələr martın 16-da Pakistanın Xeyber-Paxtunxvadakı Mir Əlidəki hərbi bazasına hücum zamanı 7 pakistanlı əsgərin öldürülməsindən sonra edilib. Bu hücumu Pakistan ərazisinə Təhrik-i-Taliban Pakistan qruplaşmasının üzvləri təşkil edib. Qrup Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyaləti ilə Əfqanıstanla sərhəd arasında yerləşən Federal İdarə olunan Qəbilə Ərazilərində yerləşir. Pakistan prezidenti Asif Əli Zərdari hücuma görə qisas alacağına söz verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Entoni Blinken Prezident İlham Əliyevə zəng edib

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək

Blinken və Paşinyan delimitasiyası prosesini müzakirə ediblər

Prezident: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Ən çox oxunanalar