Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ABŞ-ı, Britaniyanı və Ukraynanı Moskvadakı terrora görə ittiham edir - Bu ittihamlar nə qədər doğru ola bilər?..

FTX direktoru Aleksandr Bortnikov “Krokus Siti Holl”da baş verən terror aktında ABŞ-ın, Britaniyanın və Ukraynanın dayandığını bildirib...

Politoloq: “Rusiya bununla birinci növbədə Ukraynaya müdaxilə və əməliyyatları genişləndirmək çərçivəsində daha ölümcül, o cümlədən taktiki nüvə silahlarından istifadəni leqallaşdırmağa çalışır”.

“Təbii ki, burada İŞİD-in prosesə dərhal müdaxilə etməsi müəmmalı bir işdir”.

Bu sözləri politoloq Turan Rzayev Rusiya Federal Təhlükəsizlik Xidməsinin rəhbərinin “Krokus Siti Holl”da baş verən terror aktı barədə dediklərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Federal Təhlükəsizlik Xidməsinin rəhbəri Aleksandr Bortnikov dünən verdiyi açıqlamalarda “Krokus Siti Holl”da baş verən terror aktının arxasında ABŞ-ın, Britaniyanın və Ukraynanın dayandığını bildirib. Bilirik ki, “Krokus Siti Holl”da baş verən terror aktının məsuliyyətini İŞİD-in bir qolu olan “Vilayəti Xorasan” təşkilatı öz üzərinə götürüb.

Rusiya Federal Təhlükəsizlik Xidməsinin rəhbəri səviyyəsində heç bir sübut olmadan ABŞ-ın, Britaniyanın və Ukraynanın terror aktına görə ittiham olunması nədən xəbər verir və bu ittihamlar nə qədər siyasi xarakterlidir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Görünür ki, Rusiya Ukraynaya edilən yardımların kəsilməsi üçün bu varianta əl atıb”.

Ukraynanın İŞİD-la əlaqəsinin olması ətrafında şübhənin yaradılmasının məqsədinin olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Miskva bununla Ukraynanın terrorçu təşkilatlarla əlaqəsinin olması və buna görə görə də beynəlxalq yardıma deyil, təzyiqlə üzləşməli olduğu arqumenti yaradılmağa çalışılır:

Moskva terraktından sonra İŞİD dərhal məsələni öz üzərinə götürdü. Hətta terraktla bağlı müvafiq görüntülər, bəynatlar yaydılar. Amma buna baxmayaraq Rusiya tərəfi israrla Ukraynanı günahlandırır.

Əslində buradan çıxan ehtimal nəticə bundan ibarətdir ki, Rusiya bununla birinci növbədə Ukraynaya müdaxilə və əməliyyatları genişləndirmək çərçivəsində daha ölümcül, o cümlədən taktiki nüvə silahlarından istifadəni leqallaşdırmağa çalışır. Mümkündür ki, Ukraynanın daha iri şəhərləri də vurulsun. Rusiya birinci növbədə bunu leqallaşdırmağa çalışır.

İkinci məsələ isə Rusiya Ukraynaya edilən yardımların kəsilməsi üçün bu varianta əl atılmış ola bilər. Bu iddia dəstəklənir. Yəni söhbət ondan gedir ki, Ukraynanın İŞİD-la əlaqəsinin olması ətrafında şübhənin yaradılması məqsədi var. Bununla da Ukraynanın terrorçu təşkilatlarla əlaqəsinin olması və buna görə görə də beynəlxalq yardıma deyil, təzyiqlə üzləşməli olduğu arqumenti yaradılmağa çalışılır.

Hesab edirəm Rusiya bu iki məsələ üzərindən iddianı dəstəkləyir və arqumentləşdirməyə çalışır.
Hər halda indiki məqamda əlavə versiyalardan danışmağa ehtiyac yoxdur. Təbii ki, burada İŞİD-in prosesə dərhal müdaxilə etməsi müəmmalı bir işdir. İŞİD-ın Qərbdən, ABŞ-dan dəstək aldığı da bəllidir. Amma faktiki olaraq bu məsələdə Rusiyanın israrlı davranması qeyd etdiyim məqamlarla bağlıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar