Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Paşinyanla Kobaxidze arasında Ciliza kəndinin Gürcüstana qaytarılması məsələsi müzakirə olunub...

Politoloq: “Ermənistan və Gürcüstan arasında qeyd edilən kəndin geri qaytarılması da eyni ilə iki ölkənin münasibətlərini qaydasına salmaq məqsədi daşıyır”.

“Görünən odur ki, Ermənistan istər Azərbaycan, istərsə də Gürcüstanla ərazi məsələlərini həll etməklə Cənubi Qafqazda ölkələr arasında mövcud olan bu kimi problemləri həll etməkdə maraqlıdır”.

Bu sözləri politoloq Azər Qasımov Ermənistan və Gürcüstan arasında müzakirə olunan demarkasiya prosesini Poliqon-a şərh edərkən qeyd edib.

Erməni tərəfinin Ciliza kəndinin (Lori rayonu) Gürcüstana qaytarmaq məsələsi Gürcüstanın baş naziri İrakli Kobaxidzenin erməni həmkarı Nikol Paşinyanla İrəvana son səfəri zamanı müzakirə olunub. Ermənistanın “Joğovurd” qəzetinin məlumatına görə, Paşinyanla Kobaxidze həmçinin, Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin aktivləşdirilməsi imkanını müzakirə edib. Maraqlıdır ki, ermənilər Gürcüstana ərazi qaytarılmasını problemə çevirmirlər.

Ümumiyyətlə, Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi barədə nə demək olar?

Ermənistan və Gürcüstan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Demorkasiya prosesi tək Ermənistan və Gürcüstan arasında deyil, paralel olaraq AzərbaycanErmənistan arasında da sürətlənəcək”.

ABŞAvropa İttifaqının Azərbaycan-Ermənistan arasında qalıcı sülhün yaranmasında və sülh müqaviləsinin bağlanmasında Rusiyadan çox maraqlı olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, bunun sonrasında Rusiyaya qarşı fəaliyyətin güclənməsi ehtimalı böyükdür və hətta bu adıımlar İrəvan tərəfindən bunun üçün atılır:

“Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalamasından sonra iki ölkə arasında mövcud olan ərazi problemlərini həll etmək onların strateji maraqlarına xidmət edir. Görünən odur ki, Ermənistan istər Azərbaycan, istərsə də Gürcüstanla ərazi məsələlərini həll etməklə Cənubi Qafqazda ölkələr arasında mövcud olan bu kimi problemləri həll etməkdə maraqlıdır. Hesab edirəm ki, bu, tək Ermənistanın istəyi yox, Qərbin Ermənistana verdiyi dəstəyə şərtdir. Qərb Ermənistandan bunu tələb edir.

Azərbaycanda ABŞ və Aİ-nın Ermənistanda mövcudluğuna baxış kəskin şəkildə mənfidir.
Azərbaycan hesab edir ki, bu, ilk növbədə Azərbaycana qarşı yönəlmiş fəaliyyətdir və regionda gərginliyin artırılmasına xidmət edir. İlk növbədə isə Rusiyaya qarşı cəbhə formalaşdırılır. Ermənistan da bunda alət kimi istifadə edilir. Hesab edirəm ki, bu məsələyə Azərbaycanın yanaşmasında doğru olan məqamlar vardır, amma bu fəaliyyətin Azərbaycana qarşı yönəldiyi fikri ilə razı deyiləm. ABŞ-Aİ Azərbaycan-Ermənistan arasında qalıcı sülhün yaranmasında və sülh müqaviləsinin bağlanmasında Rusiyadan çox maraqlıdır, hətta deyərdim ki, bizdən də çox maraqlıdır. Təbii ki, bunun sonrasında Rusiyaya qarşı fəaliyyətin güclənməsi ehtimalı böyükdür və hətta bu, bunun üçün edilir. Amma bu, RusiyaErmənistanın işidir. Azərbaycan burda kənarda dayanmalıdır.

Ermənistan və Gürcüstan arasında qeyd edilən kəndin geri qaytarılması da eyni ilə iki ölkənin münasibətlərini qaydasına salmaq məqsədi daşıyır. Hesab edirəm ki, demorkasiya prosesi tək Ermənistan və Gürcüstan arasında deyil, paralel olaraq AzərbaycanErmənistan arasında da sürətlənəcək. COP 29 başlayana kimi sülh müqaviləsinin imzalanması böyük ehtimal kimi görünür. Azərbaycanın isə ABŞ və Aİ-nın fəaliyyətinə kəskin reaksiyasını isə siyasi gediş hesab edirəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar