Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ilin mayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək...

“Report” xəbər verir ki, tədbir mayın 1-3-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), YUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.

Forumun plenar iclaslarında və panel müzakirələrində onun iştirakçıları nifrətə qarşı çıxmaq, birgəyaşayış və sülh dəyərlərini tanıtmaq üçün sivilizasiyaların dialoqu və əməkdaşlığı ilə bağlı bir sıra aktual qlobal məsələləri müzakirə edəcəklər.

Bundan əlavə, forumda mədəniyyətlərin müxtəlifliyini vurğulamaq və qeyd etmək, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunu təşviq etmək üçün nəzərdə tutulmuş mədəni tədbirlər, o cümlədən konsertlər, festivallar və yaradıcı çıxışlar keçiriləcək.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Forumda dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər və tanınmış ziyalılar iştirak edəcəklər.

Qeyd edək ki, bu tədbir 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin tərkib hissəsidir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar