Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir

Rusiya Qərb ölkələrindən fərqli olaraq, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsinə çalışır...

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviq edilməsi haqqında” mövzusunda keçirilən iclası ilə bağlı mətbuata açıqlamasında deyilir.

Bəyanatda bildirilir ki, kollektiv Qərb ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdləri çərçivəsində Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar:

"Qərb Ukraynanın ardınca postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda sabitliyi pozmağa, Rusiyanı bu ölkələrlə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışır. Rusiya çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insani təmaslarla bağlı olduğu regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirəcək”, - Rusiya XİN-in bəyanatında vurğulanır.

Sənəddə Azərbaycan, ErmənistanRusiya arasında üçtərəfli sazişlər toplusunun tam şəkildə həyata keçirilməsi, o cümlədən Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirilməsinin zəruriliyi qeyd edilir.

Həmçinin bölgənin üzləşdiyi problemlərin, ilk növbədə, region liderlərinin öz səyləri ilə, kənar müdaxilələr olmadan həlli naminə “3+3” regional məsləhətçi platformasının potensialından istifadənin vacibliyinə diqqət çəkilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil

Ən çox oxunanalar