Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Xankəndidə dünyaya göz açan ilk körpə və anası daim həkim nəzarətindədir 

İşğaldan azad edilən Xankəndi şəhərində dünən ilk körpə dünyaya gəlib...

Şəhərdəki tibb müəssisəsində doğulan körpənin cinsi kişi, çəkisi 3 kiloqram, boyu isə 49 sm-dir. Elə ilk gündən ana və uşağa zəruri tibbi xidmətlər göstərilir.

"Report"un Qarabağ bürosunun Xankəndiyə ezam olun əməkdaşı həm ananın, həm də körpənin mövcud vəziyyəti və səhhətləri ilə maraqlanıb. Məlum olub ki, Xankəndidə dünyaya göz açan körpənin və anasının vəziyyəti stabildir. Onlar daimi həkim nəzarəti altındadırlar.

Xankəndi Mərkəzi Xəstəxanasının Baş həkimi Jalə Oqtayzadə bildirib ki, körpənin anası Səadət xanım ötən ilin noyabr ayından indiyə qədər xəstəxanada qeydiyyatdadır: "Körpənin hər ay ana bətnindəki inkişafı və ananın sağlamlıq durumu nəzarətimizdə olub. Ötən gün dünyaya gələn körpəmizin boyu 49 santimetr, çəkisi 3 kiloqam olub".

Baş həkim əlavə edib ki, ana və uşaq daimi olaraq həkimlərin nəzarəti altındadır.

"Hər ikisinin vəziyyəti stabildir. Körpənin səhhəti və qidalanması olduqca yaxşıdır. O, ana südü ilə qidalanır", - deyə J.Oqtayzadə vurğulayıb.

Qeyd edək ki, körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızıdır.

Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən "Report"a bildirilib ki, Xankəndidə 33 ildən sonra dünyaya gələn ilk körpənin ailəsinə mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Xankəndi şəhərində mənzil verilib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar