Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman ekspert: İran bir neçə həftəyə nüvə silahı hazırlaya bilər...

İran nüvə silahı istehsal etmək ərəfəsindədir...

Poliqon xəbər verir ki, bunu Bonn Universitetinin Təhlükəsizlik, Strategiya və İnteqrasiya üzrə Təkmil Araşdırmalar Mərkəzinin direktoru Ulrix Şli "Bild" ilə söhbətində bildirib.

Şlinin sözlərinə görə, söhbət bir neçə həftəlik müddətdən gedir.

Ekspertin sözlərini deputat, İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Qudusi də təsdiqləyir. O, X-də (keçmiş Twitter) yazıb ki, ölkə indi yalnız bir həftəlik xəbərdarlıqla nüvə sınağı keçirməyə qadirdir.

Qudusi daha sonra izah edib ki, İran prezidenti Əli Xamneyidən əmr alınarsa, orduya 12 min kilometrə qədər mənzilli raketin ilk sınağını keçirməsi üçün cəmi bir həftə vaxt lazım olacaq.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi "Deutsche Welle"yə deyib ki, İranın nüvə bombası yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uranı əldə etməyə çox güman aylar deyil, həftələr qalıb. Lakin bu, İranın bir neçə həftə ərzində nüvə silahına sahib olacağı anlamına gəlmir.

"Funksional nüvə başlığının yaradılması parçalanan materialın istehsalından asılı olmayan bir çox başqa şeylər tələb edir", deyə Qrossi bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar