Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və İlham Məmmədov, YAP Abşeron Rayon  Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional idarələrin direktorları, Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər. 

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən  sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınının parlaq simasıdır. Respublikamızda səhiyyənin inkişafınada və bir çox göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanının böyük əzmi və fəaliyyətinin olduğunu vurğulayan A.Fərzəliyev vurğulayıb ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub. Bildirilib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olub. Onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı və xalqımızı qələbəyə aparan, işğal altında olan torpaqlarımızı azad edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin anası olması yazıldığı vurğulanıb. 

Millət vəkili Aydın Hüseynov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla təbabətə inamla, xeyirxahlıqla xidmət edib və gənc alimlərin yetişməsində onlara çox böyük qayğı göstərib. 

Millət vəkili İlham Məmmədov Zərifə xanım Əliyevanın xalqımız tərəfindən xeyirxah, hümanist və ictimai xadim kimi xatırlandığını vurğulayaraq bildirib ki, onun elmi araşdırmalarından bütün dünyada istifadə olunub. 

Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, həmin Xəstəxananın əməkdaşı, Vətən Müharibəsi şəhidi baş leytenant İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva çıxış edərək bildiriblər ki, Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyəti vardır. Qeyd edilib ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub. 

Daha sonra xalq artistləri İlqar Muradov və Samir Cəfərovun, muğam müsabiqəsi mükafatçısı Leyla Rəhimovanın iştirakı ilə bədii hissə təqdim olunub. 

Fotolar

Poloqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ən çox oxunanalar