Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

58 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla keçirilməsinin qarşısı alınaraq, ümumilikdə 58 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


PİA.AZ bildirir ki, DSX-dan Aktual.az-a verilən məlumata görə, əməliyyat narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində həyata keçirilib.

Belə ki, 12 aprel 2014-cü il tarixdə gecə saat 00:10 radələrində Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikası istiqamətində külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən naməlum şəxs ərazidə xidmət aparan DSX-nın hərbi qulluqçuları tərəfindən aşkar edilib. Onun Azərbaycan Respublikası ərazisinə daxil olmasının qarşısı alınıb. Nəticədə sərhəd pozucusu müqavimətlə rastlaşıb geri qaçmağa məcbur olub. Sərhəd pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilib və nəticədə 3 kiloqrama yaxın külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülüb.

Bundan başqa, 15 aprel 2014-cü il tarixdə saat 22:15–də Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan 3 nəfərdən ibarət dəstə dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azər­bay­cana külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edərkən ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərə­findən aşkar edilib. Sərhəd pozucuları DSX əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olub.
Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə külli miqdarda 9,1 kq heroin, 14 kq tiryək, 22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş mari­xuana, 120 qram kristall formasında heroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318, 206, 234–cü maddələri ilə cinayət işləri başlanılıb.

Hazırda həmin cinayət işləri üzrə cinayətin iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar