Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın analitik mərkəzi ölkəmizi niyə 126-cı yerə qoyub?


“İnsan azadlığı indeksi” üzrə ölkələrin yeni siyahısı açıqlanıb


Vaşinqtondakı “İnsan azadlığı indeksi” üzrə “Cato institute” analitik mərkəzi ölkələrin yeni siyahısını açıqlayıb. Musavat.com xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Azərbaycan 6.09 balla 152 ölkə arasında 126-cı yerə layiq bilinib. 

Qonşu ölkələrdən Gürcüstan 7.50 balla 48, Ermənistan 7.44 balla 53-cü, Türkiyə 7.10 balla 62-ci, Rusiya 6.36 balla 111-ci, İran isə 4.48 balla sonuncu-152-ci yerdə qərar tutub.

Siyahıya Honkonq (9.04) başcılıq edir. Onun ardınca İsveçrə (8.80) və Finlandiya (8.63) gəlir. Birinci iyirmiliyi 8.26 balla ABŞ qapadır.

“İnsan azadlığı indeksi”nin müəyyən edilməsi üçün şəxsi və iqtisadi azadlıqların 76 meyarı əsas götürülüb. 10 bal maksimal azadlığı ehtiva edir.

Göründüyü kimi, Vaşinqtondakı “İnsan azadlığı indeksi” üzrə “Cato institute” analitik mərkəzi müəyyən etdiyi siyahıda Cənubi Qafqazın 3 ölkəsi sırasında axırıncı yeri tuturuq.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirdi ki, Azərbaycanda istənilən sahədə durumu təhlil etdikdə məlum olacaq ki, “Cato institute” analitik mərkəzinin Azərbaycanı 126-cı yerə layiq görməsi reallığı göstərir: “Azərbaycandakı vəziyyəti biz də çox yaxşı görürük. Ona görə də əlimizdə elə bir arqument yoxdur ki, həmin Amerika təşkilatına vəziyyətin yaxşı olduğunu sübuta yetirək. Elə bu gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bəyan edib ki, bütün sosial şəbəkələrin administrasiyası ilə danışıqlar aparılır ki, sosial şəbəkələrin də fəaliyyəti hökumət tərəfindən tənzimlənsin. 

Bu, əslində o deməkdir ki, sosial şəbəkələrə ciddi nəzarət, məhdudiyyət tətbiq olunacaq. Belə bir vəziyyətin olduğu ölkə azadlıqların vəziyyəti indeksinə görə, əlbəttə, 126-cı və daha pis yerlərdə qərarlaşacaq. Dünyada çox az ölkə var ki, sosial şəbəkələrə qadağalar qoyub və hökumət nəzarət edir. Həmin ölkələr İran, Sudan, Çili, Rusiya, Səudiyyə Ərəbistanıdır. İndi belə çıxır ki, artıq Azərbaycan da bu siyahıya qoşulur. ”Cato" İnstitutunu mən çox yaxşı tanıyıram. Orada çalışan insanları da yaxşı tanıyıram. Onlar ABŞ-ın bugünkü hakimiyyətinə müxalif mövqedədirlər. İnstitutun rəhbəri Tom Pagmer özü dəfələrlə Azərbaycanda olub. Ölkəmizi çox gözəl bilir. Mən düşünmürəm ki, onlar Ağ Evdən və ya Dövlət Departamentindən sifariş yerinə yetirsinlər". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar