Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinə öz təsir imkanlarını həddən artıq qiymətləndirir...
Fransa lideri Ukrayna ilə bağlı konkret addımlar atmaqdansa, sözdə "böyük planlar" yaratmağa üstünlük verir.
Poliqon xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, Makron çərşənbə axşamı Avropanın gələcək siyasətinin müzakirəsinə həsr olunmuş ekspertlərlə görüşündə blokun "müdafiə məsələlərində ideoloji qələbə qazandığını" deyib.
"Bəzi ekspertlər onu nəinki möhtəşəm planlar qurmaqla kifayətlənməyərək, Kiyevə kömək etmək üçün konkret təkliflər verməyə çağırıb", deyə agentliyin məlumatında deyilir.
Agentlik bildirir ki, Makron tez-tez "Avropanın problemlərini təhlil etdiyinə görə" təriflənir, eyni zamanda "həmişə konkret həll yollarına gətirib çıxarmayan cəsarətli ritorikasına görə" tənqid olunur.
"Bloomberg"in yazdığına görə, adı açıqlanmayan Avropa rəsmiləri Makronun "Avropa İttifaqı tərəfdaşları ilə sakit diplomatik koordinasiyadansa, vitrin göstərməyə üstünlük verdiyinə" inanırlar.
Poliqon.info