Bazar ertəsi, 29 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Brüsseldə Paşinyana zəmanət verilmədi, çünki onların belə bur imkanları yoxdur" - Zərdüşt Əlizadə ilə müsahibə

Politoloq Zərdüşt Əlizadə Bakupost.az -ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Zərdüşt müəllim, Brüssel görüşündən sonra Rusiya bəyanat verdi və Ermənistana Qərblə yaxınlaşmaqdan çəkinmək barədə çağırış etdi. Sizcə, Rusiya niyə Brüssel görüşündən narahat idi?

- Hesab edirəm ki, insanın da, dövlətin də başına nə gəlirsə, öz günahı ucbatından gəlir. Rusiya son 40 ildə Cənubi Qafqazda münaqişə ocağı qalayıb, iki qonşu xalqı bir-biriylə düşmən edib, onları silahlandırıb. Bununla da bütün bölgəni münaqişə vasitəsilə idarə edib. Rusiyanın bu xəbis siyasətini həm Azərbaycan, həm də erməni xalqı başa düşür. Hər iki xalq Rusiyadan canını qurtarmaq istəyir. Ona görə də müharibədən sonra Rusiyadan asılılığa son qoymaq üçün imkan axtarırlar.

Azərbaycan Türkiyəylə münasibətləri yüksək səviyyəyə qaldırıb, ordusunu türk ordusu tərzində qurub, Rusiya ilə əlaqələrini də kəsmir, amma asılılıqdan qurtarmaq istəyir. Ermənistan da istəyir ki, Rusiya asılılığından canını qurtarsın, iqtisadiyyatını, xarici siyasətini, təhsil sahəsini, ordusunu azad etsin. Çünki Rusiyanın bu cür siyasəti nəticəsində Ermənistan çox şey - əsgərini, əhalisini, gələcəyə ümidini itirib. Bütün bunlar Rusiyanın özünün günahıdır. İndi o, niyə Ermənistandan inciyir? İstəyir ki, Ermənistan əvvəlki asılı vəziyyətdə qalsın. Bu, məntiqsizdir axı...

- Bəs, Brüssel görüşündən sonra Ermənistanın Şərqi Zəngəzur istiqamətində qoşun cəmləşdirməsini necə başa düşmək olar?

- Brüsseldə nə ABŞ, nə də Avropa Ermənistanın təhlükəsizliyinə zəmanət verdi. Çünki onların buna imkanları da yoxdur. Sadəcə, Ermənistana müşahidəçi göndərirlər, onlar da qeydlərini aparırlar. Brüssel görüşündə Ermənistan istəyirdi ki, Qərblə yaxınlaşsın. Müstəqil dövlətdir, istəyər Qərblə, istəyər Şərqlə yaxınlaşar.

- Paşinyan Şərqi Zəngəzurla bağlı öhdəliyindən niyə imtina edir?

- Üçtərəfli bəyanatın 9-cu bəndində yazılıb ki, “Azərbaycanın Zəngəzurdan Naxçıvana maneəsiz keçidi təmin edilsin və bu yola Rusiya sərhədçiləri nəzarət etsin”. Paşinyan da çətin vəziyyətdə olanda məcbur olub buna qol çəkmişdi. İndi ara sakitləşib, sülh danışıqları gedir. Paşinyan deyir ki, mən Zəngəzur yolunu Rusiya sərhədçilərinin nəzarətinə vermək istəmirəm. Bu, onun haqqıdır. Ermənistan müstəqil dövlətdir və o, da dövlətin başçısıdır. Rusiya isə deyir ki, Zəngəzur yolunu mənim sərhədçilərimin nəzarətinə verməlisən. Rusiyanın hər şeyə iddiası var, Ukrayna torpaqlarına, Donbasa, Krıma. Ona görə Rusiya istəyir ki, biz də onun dediklərini təsdiqləyək. Biz isə bunu istəmirik. Getsin öz xalqının qayğısına qalsın. Bizim Ermənistandan bir istəyimiz var ki, sərhədlərimiz müəyyənləşsin və Zəngəzur yolunu açsın. Zəngəzur yolunu açmaq istəmirsə, özü bilər. Azərbaycan ona deyib ki, əgər Zəngəzur yolunu açmasan, mən də heç bir yolu açmayacam. Bizim bağlı saxladığımız yollardan biri Ağstafadan, digəri isə Zəngilandan keçir. Biz də yolları açmırıq və Ermənistan yenə də yarıblokada vəziyyətində qalır.

Bizimlə İran arasında razılaşma var. Arazın sağ sahilindən əvvəl şosse, sonra dəmir yolu keçəcək. Bizim Naxçıvanla İran vasitəsilə əlaqəmiz olacaq. Amma bunu da ABŞ istəmir. Bəs, adama sual verərlər ki, sənə nə var? Çünki Amerika istəmir ki, İran beynəlxalq təcriddən çıxsın, hansısa ölkəylə münasibətləri olsun, beynəlxalq layihələrdə iştirak etsin. İran İsraili tanımır. Müstəqil dövlətdir, onun da öz siyasəti var. Amerikanın göstərişi ilə hərəkət edəsi deyil ki?! İndi isə İranla bacarmırlar. İran-Amerika münasibətlərinin bizə aidiyyatı yoxdur.

- Zərdüşt müəllim, İrandan Ermənistana silah daşındığı barədə yeni məlumatlar yayılıb...

Kim deyir bunu? Fransa silahlarını Ermənistana Gürcüstan üzərindən göndərir. Gürcüstan da Fransaya "yox" deyə bilmir, çünki Avropa Birliyinin üzvü olmaq istəyir. Avropa Birliyinin üzvü olmaq istəyən ölkə birliyin aparıcı dövləti olan Fransaya "yox" deyə bilməz. Hindistandan isə silahlar Ermənistana İran vasitəsilə göndərilir. Bunun bizə dəxli yoxdur. Biz ki Ermənistanla müharibəyə hazırlaşmırıq. Azərbaycanla Ermənistan arasında orduların qüdrət nisbəti birin beşədir. Ermənistan bu qədər silahlandı, amma Azərbaycan ordusuna çata bilmədi. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan Azərbaycana hücum etməyi ağlına belə gətirə bilməz. Birinci Qarabağ savaşında da Rusiyanın köməyi ilə bizə “qalib” gəlmişdilər.

- Zərdüşt müəllim, Qazaxın dörd kəndi ilə bağlı məsələnin həlli də uzanır...

- Biz Qarabağ məsələsin həll etmişik. Onlar boş qalmış balaca kəndlərdir. O kəndlər Tovuz rayonu ərazisinin davamıdır. Ermənistan isə deyib ki, biz o kəndləri qaytaracağıq. Paşinyan öz xalqına müraciətində bildirdi ki, Ermənistanın heç bir hüquqi sənədində bu kəndlərin adı yoxdur. Bu kəndlər bizim yox, Azərbaycanın kəndləridir. Sonra gəlib o ərazidə sakinlərlə görüşdü və dedi ki, biz kəndləri qaytarmalıyıq, qaytarmasaq, müharibə təhlükəsi artır. İndi Paşinyana bir tərəfdən Rusiya, o biri tərəfdən rusiyapərəst müxalifət, digər tərəfdən Qarabağ “mafiyası”, bir tərəfdən də xəstə cəmiyyət təzyiq göstərir. O kəndləri əvvəl-axır qaytaracaqlar. Ermənistan Qərbə çıxmaq üçün Türiyədən keçməlidir. Ona görə çalışır ki, Türkiyəylə münasibətləri tənzimləsin. Türkiyə isə deyir ki, Azərbaycanla sülh müqaviləsi bağla, sonra danışaq. Azərbaycan da deyir ki, sülh müqaviləsi bağlamaq istəyirsənsə, 4 kəndi qaytar. Biz onların qarşısına şərt qoymuşuq və o da bunu yerinə yetirməyə məcburdur. Yəni Ermənistan çıxılmaz vəziyyətdədir. Əvvəl-axır hər şey yoluna düşəcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək

Prezident: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır...

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Ən çox oxunanalar