Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-da kadr dəyişikliyi edildi


Asəf İsgəndərov öz xahişi ilə tutduğu vəzifədən azad olunub


 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Asəf İsgəndərov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. 

AMEA-dan verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub. Digər bir qərarla kimya üzrə elmlər doktoru Mina Munşiyeva qurumun elmi katibi vəzifəsinə təyin olunub.

AMEA Rəyasət Heyətinin digər qərarları ilə isə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nizamnaməsi və yeni strukturu təsdiq edilib.

AMEA Kibernetika İnstitutunun Xüsusi Konstruktor Bürosunun direktoru vəzifəsinə texnika üzrə fəlsəfə doktoru Qəmbər Quliyev təsdiq edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Digər bir qərarla Rasim Məlikov AMEA Kibernetika İnstitutunun Xüsusi Konstruktor Bürosunun baş mühəndisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, akademik Adil Qəribov Azərbaycan Prezidentinin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.

AMEA Rəyasət Heyətinin bugünkü iclasında akademik A.Qəribovun ictimai əsaslarla Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində saxlanılması haqqında qərar qəbul edilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar