Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANS-dən Nuşirəvan Məhərrəmliyə cavab


"Nuşirəvan Məhərrəmli Azərbaycan televiziyasına nə verəcək, mən bilmirəm"


"Nuşirəvan Məhərrəmli Moskvada təhsil alanda, “ANS”in rəhbəri cəbhədə vuruşurdu"

“Nuşirəvan Məhərrəmli nə deyibsə, hamısı yalandır. Nəyə görə? Prinsipcə baxanda “ANS” televiziyası birinci yerdə durur. Bilmirəm, Nuşirəvan buna baxır, ya baxmır. Ümumiyyətlə, o, jurnalist deyil, xüsusilə televiziya sahəsində. Prezident  İlham Əliyev çıxışlarının birində dedi ki, ay məmurlar, camaatı incitməyin. Bu da təsadüfi adamdır. Mən onu jurnalist kimi saymıram. O, senzuraçı məmurdur. Mən onun yerində olsaydım, bir dəfə “ANS”ə gəlib soruşardım, nə var, nə yox, nə işlə məşğulsunuz?!”

Bunu Cebhe.info-ya açıqlamasında  “ANS” Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin telekanal haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Mais Məmmədovun sözlərinə görə, MTRŞ sədri bütün telekanalların bir-birinə bənzəməsini istəyir: “O, çox şey deyə bilər. Onun istəyi budur ki, bütün telekanallar bir-birinə oxşasın. Bu, düzgün deyil. Onun televiziyadan anlayışı yoxdur. Bunu əməkdar jurnalist Mais Məmmədov deyir. 78 yaşım var, jurnalistikanı əzbər bilirəm. O isə təsadüfi adamdır, gəlib nə istəyir deyir, nə istəyir əmr edir. Nuşirəvan Məhərrəmli Azərbaycan televiziyasına nə verəcək, mən bilmirəm. “ANS” nələr etməyib? Sözün əsl mənasında vuruşub. Ancaq Nuşirəvan nə edib? Əmr verib, bir də cərimə. “ANS”i barmaqla hədələyib “bağlayaram haa” demək, şükür Allaha, ondan asılı deyil. Nuşirəvan Məhərrəmli Moskvada təhsil alanda, “ANS”in rəhbəri cəbhədə vuruşurdu. Çoxu qayıtmadı cəbhədən. Oxuduğun vaxt bir semester akademik məzuniyyət götürüb gəlib cəbhədə vuruşardı. Bunun üçün vətənpərvərlik lazımdır”.

Xatırladaq ki, Nuşurəvan Məhərrəmli APA-ya müsahibəsində telekanalın ünvanına ciddi ittihamlar səsləndirib: “"ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu, onun sifətidir". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Ən çox oxunanalar