Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araz Kəsəmənlidən xəbər var


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilən Araz Kəsəmənli barədə çıxarılan hökmdən apelyasiya şikayəti verilib


Bu barədə virtualaz.org saytına təqsirləndirilən şəxsin vəkili A.Əliyeva məlumat verib.

Müdafiə etdiyi şəxsin barəsində ədalətsiz qərar çıxarıldığını deyən vəkil A.Kəsəmənliyə qarşı irəli sürülən ittihamları şər və böhtan adlandlırıb: “Araz nə istintaq zamanı, nə də məhkəmə prosesində özünü təqsirli bilmədi. Araz əvvəlki məhkumluğuna görə cəzasının bitməsinə 4 ay 16 gün qalmış cəzadan şərti olaraq azad edilmişdi. İfadəsində də azadlığa çıxandan sonra Ağstafaya gedib əsasən orada yaşadığını, vacib işləri olduqda Bakıya gəldiyini göstərib. Uzun müddət həbsxana həyatı yaşamasına baxmayaraq narkotik vasitələrin nəinki satıcısı, heç istifadəçisi də olmayıb. Araz məhkəmədə narkotikin ona məxsus olmadığını, protokolu fiziki və mənəvi təzyiqlər nəticəsində imzaladığını dedi. Qanunun tələbinə əsasən Araz Kəsəmənlinin fiziki təzyiq nəticəsində imzaladığı protokol və izahatlar sübut kimi istifadə oluna bilməz. Həmin ifadələrə və sübutlara əsaslandırılmış hökm qanuni hökm hesab edilə bilməz”.

Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsində kifayət qədər ziddiyyətli və şübhəli hallar məhkəmə tərəfindən araşdırılmayıb: “Araz Kəsəmənli təqsirli olması sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq uzun müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır”.

İttihama görə, A.Kəsəmənlinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olub. Məlumata əsasən həmin idarənin əməkdaşları tərəfindən ötən il sentyabr ayının 17-də Yasamal rayonu, Şərifzadə küçəsi, 10 ünvanında, Milli Onkologiya Mərkəzinin qarşısında saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 5,007 qram çəkidə tiryək və 3,017 qram heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

İlk gündən etibarən mətbuatda A.Kəsəmənlinin günahsız yerə həbs olunması ilə bağlı xəbərlər yer alıb. Həbsxanada cəza çəkdiyi müddətdə onun idmanla məşğul olması, namaz qılması, dinə bağlılığı, ümumiyyətlə, narkotikdən istifadə etməməsi deyilirdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ən çox oxunanalar