Nəsimi İbrahimov yoldaşına hələlik məlum olmayan səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.
Polis bölməsindən insidentlə əlaqədar APA-ya hələlik açıqlama verilməyib.
pia.az