Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılov Nərgiz Yaqublunun vəfatından yazdı


"Ölkəmizdə Nərgizin arzuladığı cəmiyyəti qurmaqla onun ruhunu şad etmək olar"


Tanınmış vəkil Aslan İsmayılov özünün facebook səhifəsində Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun vəfatı barədə fikirlərini paylaşıb. 

PİA.AZ həmin yazını təqdim edir:

"Bu dəqiqələrdə siyasi məhbus, Qarabağ müharibəsi veteranı Tofiq Yaqublunun qızı Nərgizin vəfatı xəbərini eşitdim. Çox üzüldüm, bir daha anladım ki, həyat ədalətli olduğundan da çox amansız imış. Bir daha əmin oldum ki, çoxlarının bəyənmədiyi millət yaxşını unutmur və dəyərini verir. Bu günə qədər çox tanınmışlar, o cümlədən nakam yaşlarında rəhmətə gedənlər oldu, ancaq sosial şəbəkədə bu qədər hüzr, acı olmamışdı. 

Yazıların ardı arası kəsilmir, oxuduqca insan param parça olur. Tofiq Yaqublunu şəxsən tanıyırdım və qururluğuna, mübarizliyinə, Vətənə məhəbbətinə xüsusi hörmətim vardı. Qızları Nərgiz və Nigar da atalarının tam oxşarı idilər. Ancaq onun ailəsinə də insanların bu qədər məhəbbətini bilmirdim. Çox təəssüf ki, biz bir birimizə olan münasibətimizi, məhəbbətimizi ancaq faciəli günlərdə bildiririk. Ataların qızlarına olan sevgisini hamı bilir. Bu məqamda həbsdə olan Tofiqə deyiləcək söz, zənnimcə, yoxdur. Bilmirəm, Nərgizi harada dəfn edəcəklər. 

Dəqiq bildiyim odur ki, Nərgiz Bakıda dəfn olunsa, ancaq insanların sel kimi dəfn mərasiminə axışması Tofiq üçün azacıq təsəlli olardı. Hakimiyyət təmsilçilərindən tam əlimi üzmüşəm. Lakin yenə də inanıram ki, Tofiq Yaqublunu dərhal həbsdən azad etməklə, Nərgizin dəfnini Bakıda təşkil etməklə hakimiyyət nümayəndələri insanların, xüsusilə müxalifət təmsilçilərinin, onlara olan düşmən münasibətini az da olsa dəyişmiş olardı. Buna isə ağıl və ürək lazımdır. Sonda ölkəmizdə Nərgizin arzuladığı cəmiyyəti qurmaqla onun ruhunu şad etmək olar. Nərgizə rəhmət, ailəsinə isə səbr diləyirəm".

Qeyd edək ki, Nərgiz Yaqublu bu gün səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ən çox oxunanalar