Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 30 minə yaxın yəhudi var


ABŞ-dakı yəhudi icmasını təmsil edən ən mühüm təşkilatlardan olan Amerika Yəhudi Komitəsi Azərbaycan-İsrail münasibətlərinə dair toplantı təşkil edib


PİA.AZ yerli mətbuata istinadən xəbər verir ki, Merilend ştatında yerləşən Bet Şolom Sinaqoqunda keçirilmiş toplantıda ştatın yəhudi icmasının fəalları və eləcə də Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və Azərbaycanın ABŞ-dakı səfiri Elin Suleymanov iki ölkə və xalq arasında uzun illərdir davam edən dostluq münasibətlərinin ildən-ildən genişləndiyini bildiriblər.

Səfir Rafael Harpazın sözlərinə görə, bu günlərdə İsrail ölkələrimiz arasında diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılmasına dair sazişi ratifikasiya edib. O, həmçinin Azərbaycan cəmiyyətində hökm sürən dini tolerantlığı təqdir edib və müxtəlif dinlərə mənsub şəxslərin sərbəst və təhlükəsiz yaşadıqlarını deyib. İsrail diplomatı ölkəmizdə anti-semitizm hallarına rast gəlinmədiyini xüsusi vurğulayıb və Azərbaycanın 30 minə yaxın yəhudi icmasının qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını önə çəkib.

Səfir Elin Süleymanov öz növbəsində dünyəvi bir dövlət olan Azərbaycanda din və vicdan azadlığının təmin edilməsi və dini-mədəni müxtəliflik və tolerantlığın qorunması və təşviqinə toxunaraq, Azərbaycan dövlət başçısının bu istiqamətdə müəyyən etdiyi mütərəqqi siyasət barədə danışıb.

Məruzələrin ardınca natiqlər İsrail-Azərbaycan münasibətləri, Avrasiya regionunda cərəyan edən hadisələr və ABŞ ilə çoxşaxəli əməkdaşlıq haqqında sualları cavablandırıblar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ən çox oxunanalar