Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda erkən nikah problemləri



Bu günlərdə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən “Erkən nikah və onun fəsadları” mövzusunda keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, orta məktəblərin yuxarı siniflərində oxuyan qızlar və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları da qatılıblar


Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aparatın əməkdaşı Yeganə Cəfərova çıxış edərək, ombudsmanın erkən nikah məsələləri ilə bağlı aidiyyəti qurumlara verdiyi təklif və tövsiyələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, müvəkkil və nümayəndələri vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə bölgələrdə, ucqar kəndlərdə yaşayan qadınlar üçün qadın sahibkarlığı, gender bərabərliyi, məişət zorakılığı, insan alveri və erkən nikahlar mövzusunda maarifləndirici seminar və məşğələlər təşkil edir, intensiv maarifləndirmə işi aparırlar. Nəticədə minlərlə qadın öz hüquqları barədə bilgilər əldə edir və bununla da onların cəmiyyətdəki fəallığı artır.

Y.Cəfərova qeyd edib ki, müvəkkil erkən nikah hallarının aradan qaldırılması məqsədilə maarifləndirmə işlərinin aparılmasını, televiziya kanallarında sosial roliklərin verilməsini təklif edib. Ombudsman, həmçinin polis və prokurorluq orqanları tərəfindən bu cür hallarla rastlaşdıqda Cinayət Məcəlləsinin 152-ci maddəsinə müvafiq olaraq, azyaşlı qızla ailə quran şəxsin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq qurumlara tövsiyələr verib.

Bildirilib ki, erkən nikah halı baş verdikdə ailə quran həmin qızlar təhsildən kənarda qalır, onların sağlamlığına ziyan dəyir, gələcəkdə öz maddi müstəqilliyini təmin edə bilmirlər, bir çox hallarda isə bu, həm özlərinin və körpələrinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bunun isə qarşısını almaq üçün sahə müvəkkilləri azyaşlı qızla ailə qurmaq istəyən şəxsə, onların valideynlərinə oğlanın ailə qurduqdan sonra qanunvericiliyə əsasən cinayət məsuliyyəti daşıdığını izah etməli və digər qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işi aparılmalıdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ən çox oxunanalar