Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ixrac kəmərləri Rusiyanın nəzarətində


Rusiya hərbçilərinin Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsində irəliləyərək Bakı-Supsa ixrac neft kəmərinin 1600 metrlik hissəsini nəzarət altına alması, habelə strateji əhəmiyyətli tranzit şosesinin bir neçə yüz metrliyində mövqe tutması Qərbdə ciddi narahatlıqla müzakirə olunur


Virtualaz.org saytı xəbər verir ki, ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” bu mövzu ətrafında təhlil aparıb və belə qənaətə gəlib ki, Rusiyanın Gürcüstan ərazilərinin içərilərinə doğru irəlilməsi yeni irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxarmayacaq.

Ancaq rusların irəlilməsi nəticəsində Azərbaycanın ixrac neft kəmərləri və strateji təyinatlı regional avtomobil yolu Rusiyanın faktiki nəzarətinə keçmiş olur. Və Rusiyanın əsas məqsədi də Qərbə Cənubi Qafqazın enerji və nəqliyyat dəhlizi üzərində daha çox nəzarət imkanına malik olduğunu nümayiş etdirməkdir.

Xəbər verildiyi kimi, iyulun 10-da Rusiyanın separatçı Cənubi Osetiyadakı qüvvələri mövqelərini dəyişərək sərhəd nişanlarını gürcü kəndləri Tsitelubani və Orçosani kəndlərinə yaxın yerləşdiriblər. Nəticədə bu iki kənd Cənubi Osetiyanın nəzarətinə keçib, habelə Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsi rusların nəzarətinə keçən ərazidə qalıb.

Bundan əlavə yeni sərhəd nişanları Azərbaycanı Gürcüstanın Poti limanı və Türkiyə ilə birləşdirən strateji əhəmiyyətli Tiflis-Poti tranzit avtomobil yolunun bir neçə yüz metrliyindədir. Bu da həmin avtomobil yolunun da rusların faktiki nəzarətinə keçməsini göstərir.

“Hərçənd bu simvolik güc nümayişi öz-özlüyündə mühüm olsa da daha geniş tendensiyanın bir hissəsidir. Cənubi Osetiya Rusiyanın dəstəyi ilə öz ərazilərini Gürcüstanın içərilərinə doğru son bir neçə ildir ki, genişləndirməkdədir. Bu, bir neçə amillərlə, o cümlədən Rusiyanın Cənubi Osetiyadakı hərbi mövqeləri ilə bağlıdır”-deyə Mərkəzi Kəşfiyyat İdarəsinin kölgə strukturu hesab edilən “Stratfor” bildirir.

Mərkəz xatırladır ki, 2008-ci ilin avqust müharibəsindən sonra osetinlər bir neçə dəfə Gürcüstan ərazilərinin içərilərinə doğru irəliləyiblər və yeni ərazilər tutublar. Lakin bunlar iyulun 10-da baş vermiş hadisə qədər geniş rezonans doğurmamışdı.

2008-ci ilin avqust müharibəsində Rusiya Gürcüstan üzərində qələbə qazandı. Lakin hərbi baxımdan asan olmayan vəzifə ilə qarşılaşdı. Bu da Cənubi Osetiyanın müdafiəsinin təşkili ilə əlaqəli idi. Çünki Abxaziyadan fərqli olaraq Cənubi Osetiyanın Rusiya ilə birbaşa sərhədi yoxdur.

Bu bölgə praktiki olaraq Gürcüstan əraziləri tərəfindən mühasirəyə alınıb. Sxinvali şəhəri Gürcüstanın nəzarətində qalan ərazilərə xeyli yaxındır və rus qoşunlarını onun effektiv müdafiəsi üçün daha geniş əraziləri tutmağa sövq edir.

Ona görə də ruslar cənuba doğru irəliləməklə müdafiə infrastrukturunu inkişaf etdirməklə yanaşı münaqişənin yenidən başlayacağı təqdirdə onlara əlavə vaxt qazandıran yeni coğrafi dərinlik əldə edirlər.

“Stratfor”a görə, Gürcüstanın Avropa İttifaqına inteqrasiya səyləri, habelə Gürcüstan, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığın güclənməsi Moskvanı narahat edir. Bu üçtərəfli əməkdaşlıq həm də Gürcüstandan keçən neft-qaz kəmərlərinin və iri infrastruktur layihələrinin birgə müdafiəsinə yönəlib.

“Ruslar yəqin ki, gürcü hərbçilərinin ABŞNATO ilə birgə hərbi təlimlər keçirməsindən narahatdır. Bu ilin payızında Gürcüstanda NATO-nun iri təlim mərkəzi açılacaq, bu da Gürcüstanda qərbin hərbi iştirakını gücləndirəcək. Məhz bu kontekstdə Rusiya da regionda öz imkanlarını genişləndirmək istəyir”- təhlildə deyilir.

ABŞ özəl kəşfiyyat şirkəti xatırladır ki, Rusiya Cənubi Osetiya, Abxaziya və Ermənistandakı hərbi bazalarını möhkəmləndirəcəyini elan edib. Habelə Ermənistana silah ayırmaq üçün 200 milyon dollar kredit ayırıb.

Mərkəz qeyd edir ki, Gürcüstan ancaq şərq-qərb avtomobil magistralı ilə birləşən iki hissəyə - şərq və qərb hissəsinə bölünə bilər.

“BP-nin idarə etdiyi Bakı-Supsa neft kəmərinin bir hissəsi də Rusiya üçün mühüm ola bilər. Lakin Azərbaycandan Qara dəniz limanlarına və Türkiyənin şərqinə əsas yerüstü nəqliyyat dəhlizi olan şosseyə nəzarətin ələ keçirilməsi də bundan az əhəmiyyət kəsb etmir.

Çünki BP-nin idarə etdiyi hər iki ixrac kəməri - Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan bu şosenin yaxınlığından keçir. Bununla da Rusiya Qərbə aydın siqnal göndərir ki, enerji, habelə XəzərAvropa ticarət yolları üzərində böyük nəzarətə malikdir.

BP və Qərb hökumətləri isə Rusiyanın cənuba doğru irəliləyərək Cənubi Qafqaz regionuna, regional hökumətlərə və Britaniya şirkətinə əlavə təsir aləti əldə etməsinə nisbətən sakit yanaşırlar”- mərkəzin təhlilində deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar