Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT ekspertlərinin bəyanatına münasibət


Azərbaycanın Cenevrədəki BMT ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi insan haqları üzrə bir qrup BMT ekspertinin 20 avqust tarixində Azərbaycan barədə yaydığı bəyanata münasibət bildirib


Nümayəndəlik bu bəyanatı əsassız və qeyri-obyektiv adlandırıb.
 
Daimi nümayəndəlik birinci instansiya məhkəməsinin hökmü ilə bağlı dəqiq məlumat  əldə etmədən BMT-nin insan hüquqları ekspertlərinin bəyanat verməsindən dərin narahatlıq keçirdiyini bildirib: “Fundamental insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların maraqları çərçivəsində qanunun aliliyinin təmin olunması hökumətin proritet vəzifəsidir. Konkret cinayət aktları törədən şəxslər məhkəmə qarşısına çıxarılıblar və bütün cinayət işləri obyektiv şəkildə, qanunvericiliyə tam uyğun və Azərbaycanın beynəlxalq öhdəlikləri əsasında həyata keçirilib. 

Azərbaycan hüquq cəmiyyət qurmaq istiqamətində qətiyyətlə irəliləyir. Qanunun aliliyinin əsas prinsiplərindən biri budur ki, bütün insanlar qanun qarşısında bərabərdirlər. Bu, özünü insan hüquqları müdafiəçisi adlandıraraq cinayət törədən şəxslərə də aiddir. İnsan haqları məsələsi qeyri-qanunu fəaliyyətlə məşğul olmağa haqq qazandırmır. Daimi nümayəndəlik Leyla Yunus və Arif Yunusla bağlı 13 avqust tarixli məhkəmə hökmünün mahiyyətini qəsdən təhrif etmək kimi cəhdləri pisləyir”.
 
Daimi nümayəndəlik hesab edir ki, konkret məhkəmə qərarları və cinayət işləri ilə bağlı dəqiq məlumatlar əldə etmədən qeyri-obyektiv ictimai bəyanatlar vermək, o cümlədən cinayət işi və məhkəmə qərarlarını siyasiləşdirmək məhkəmə işinə birbaşa müdaxilədir və qanunun aliliyinə təzyiqdir ki, bu da qəbuledilməzdir: "BMT insan haqları ekspertlərini mandatları çərçivəsində müstəqil və məsuliyyətli şəkildə fəaliyyət göstərməyə və Azərbaycana qarşı qarayaxma kampaniyalarına cəlb olunmaq səylərini dəf etməyə çağırırıq. Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarının qorunması və təbliği prinsipinə sadiqdir və BMT insan haqları ekspertlərini hazırkı əməkdaşlığı konstruktiv ruhda davam etdirməyə dəvət edir”. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar