Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı falçılarının inanılmaz qazancı - Video


Falçılar heç bir əziyyət çəkmədən gün ərzində rahatlıqla 250- 300 manat gəlir əldə edir


Falçı və fırıldaqçılara hər yerdə rast gəmək mümkündür. İstər internetdə, istər sosial şəbəkələrdə. Onlar internetdən başı çıxamayan insanların belə əli çatacağı yerlərdə, yəni qəzetlərdə öz elanlarını çox rahatlıqla yerləşdirə bilirlər. Əslində isə onlar kimdir? 

ANS bu dəfə məhz bu suala cavab tapmağa çalışdı. Səbəb son bir neçə ildə özünü ekstrasens və ya falçı adlandıran şəxslərin sayının kəskin artmasıdır. Məlum məsələdir ki, burda məqsəd əziyyət çəkmədən asan biznesin qurulması və elə asan gəlirin əldə olunmasıdır. 

Kiçik araşdırmada bir neçə elan saytlarında internet istifadəçilərinə öz xidmətlərini təklif edən falçıları axtarmağa başladıq. Müəyyən üsullarla iki gənci bir-birinə sevdirməyi və insanları cadudan təmizləməyi bacardığını yazan şəxslər bu xidmətini 20 manata təklif edir. Bəziləri isə sadəcə insanın üzünə baxaraq onun keçmişində baş verənləri və onu gələcəkdə gözləyənləri bildiyini yazır. Bu cür xidmətlərin minimum qiyməti də 20 manatdan başlayır. 

Kiməsə cadu etdirmək istəyənlər böyük bir məbləğindən keçməlidir. Amma hər halda onlara bu pulu ödəyənlər var ki, günü-gündən bu sahənin "mütəxəssiləri"nin" sayında artım müşahidə edilir. 

Xülasə bunları bir kənara qoyub elanda adları yazılan şəxslərlə əlaqə saxlayaraq onların qəbuluna yazılmaq istədiyimizi bildirdik. Əlaqə saxladığımız 4 elan sahibindən eşitdiyimiz sözlər isə dəhşətə gətirdi. Onlar qəbulun 1 həftə sonra baş tutacağını bildirdilər. Səbəb isə çox sayda müraciət edənin olmasıdır. İndi təsəvvür edin ki, minimum 20 manata xidmət göstərən bu falçılar gün ərzində 10-15 nəfəri qəbul edir və deməli həmin şəxs heç bir əziyyət çəkmədən gün ərzində rahatlıqla 250- 300 manat gəlir əldə edir. Bu məbləği 1 ayın 30 gününə vurmaq isə kifayətdir. 

Bu insanlar necə ekstrasens və ya falçı olurlar? Düzdür ikisidə tamamilə fərqli bir sahədir. Lakin nə etmək olar ki, indi bu sahələri öz məqsədlərinə görə bir edən insanlar var. Müsahibimiz Ukaş Levidir. 15 yaşından ona xüsusi vergi verildiyini deyir. Onun dili ilə desəm indi Ukaşin illərdir güclənən 6-cı hissi gözə görünməz varlıqlarla daha yaxşı əlaqə qurmağa yardımçı olur. O hətta ruhlarla belə danışmağı bacarır. Necə danışmağına gəlincə o bunu belə izah etdi.

“Danışıq deyəndə biz digər varlıqların hər hansısa bir insan kimi oturub bizimlə söhbət etdiyini düşünməməliyik. Çünki onlar, telepatiya vasitəsi ilə bizimlə danışırlar. Yəni sırf beyindən - beyinə ötürülən məlumatdır”. 

Ona məhz hansı məlumatı ötürdükləri barədə suala cavabı isə belə oldu:" Bu insanın yəni, ekstrasensin özündən asılıdır. Hər hansısa bir məlumatı öyrənmək istəyirsə o məlumatı ala bilir”. 

Psixoloqlar isə özünü falçı və ya ekstrasens adlandıran şəxslərin əksəriyyətinin psixoloji problemlərinin olduğunu bildirirlər. Amma ən dəhşətlisi odur ki, bu falçılar onlara müraciət edənlərin gələcək həyatına müdaxilə etmiş olurlar. 

Psixoloq Elnur Rüstəmov qeyd edir ki, əslində onların özlərinin psixi problemləri var. 

Psixoloji vəziyyəti bir az zəif olan və tez təsir altına düşən şəxslər öz həyatlarını özləri belə bilmədən məhz bu şəxslərin proqnozlarına uyğun yaşamağa başlayırlar. 

O ki qaldı, hansısa cinlə ruhla işbirliyi edib, lakin ətrafa özünü yaxşı əməl sahibi kimi göstərən falçılara bu dinimizdə, yəni İslamda haram sayılan əməllərdən biridir. 

Dindar Hacı Fuad deyir ki, “Qurani Kərim”də cinlərin varlığı var. O bildirir ki, Allaha inancı olmayan cinlərlə ünsiyyət quramaq heç bir şəxsə xeyir verməyəcək, günah, haram və ilahi qəzəbdən başqa heç nə qazandırmayacaq. 

Belə bir deyim var: “Fala inanma falsız qalma”. Əgər həyatınız normal axarında davam etməsini istəyirsinizə elə falsız qalmanız daha yaxşı olar. 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb

Ən çox oxunanalar