Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daha bir universitet açılır


Sentyabrın 15-də Bakıda İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq


PİA.AZ xəbər verir ki, bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq.

I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında qərar prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.

Filialın yaradılmasında məqsəd Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin ölkə vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universiteti Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə metodoloji dəstək göstərəcək. Tədris əsasən, universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq.

Eyni zamanda tədris prosesinə Rusiya alimləri cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və master-klasların keçirilməsi nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar