Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda partiya sədri öldü


Milli Məclisin keçmiş deputatı, vaxtilə özünün yaratdığı “Namus” Respublika Partiyasına sədrlik edən Toğrul İbrahimli vəfat edib


T.İbrahimlinin ailəsindən verilən məlumata görə, o, ötən gecə 63 yaşında dünyasını dəyişib. Mərhum Mərdəkan qəbiristanlığında dəfn olunub.

Toğrul İbrahimli 1951-ci idlə dünyaya gəlib. 1995-ci ildə hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi Milli Məclisin deputatı seçilib. 1998-ci ildə YAP üzvlərinin bir neçəsi partiyadan ayrılmaq qərarına gəlmişdi. Parlamentin o vaxtkı iclaslarının birində Toğrul İbrahimli də spiker olan Murtuz Ələsgərovdan bəyanat oxumaq üçün icazə alır. O, elə Milli Məclisdəcə “Namus” Respublika Partiyası yaratdığı səbəbindən hakim partiyadan ayrıldığını bəyan edir. Onun AMİP-dən olan deputat həmkarı Nazim İmanov bir qədər sonra zarafatyana demişdi: “Adamın Allahı var, Toğrul YAP-dan “Namus”la ayrıldı”.

Toğrul İbrahimli deputatlıqdan sonra “Namus”u ilə birgə siyasi meydandaydı. 2003-cü il prezident seçkiləri ərəfəsində yaradılan “Bizim Azərbaycansiyasi partiyalar blokuna qoşulmuşdu. Hətta o vaxt bu blokun prezidentliyə vahid namizədi olan Müsavat Partiyasının başqanı İsa Qəmbərlə birgə bölgələrə səfərə də çıxırdı...

Toğrul İbrahimlininin “Namus” partiyası bir müddət keçmiş baş prokuror İxtiyar Şirinin rəhbəri olduğu Milli Konqres Partiyası ilə də əməkdaşlıq edib. Bu iki partiyanın birgə əməkdaşlıqla bağlı sazişləri də olub. Toğrul müəllim partiyası ilə Azərbaycançı Qüvvələr Birliyi adlı blokda da təmsil olunub. Qeyd edək ki, həmin blokda əsas söz sahibləri Azərbaycan Sosial Demokrat və Azərbaycan İslam partiyaları idilər. Sonralar blok dağıldı

Toğrul İbrahimli haqda ən son məlumat bundan ibarət idi ki, hər şeydən bezən eks-deputat partiyasını bağlayıb, özü isə Mərdəkana köçmüşdü.

Allah rəhmət eləsin!(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar