Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qaz təchizatında fasilələr niyə yaranır?


“Azəriqaz: ”Hansısa mənzildə qaz problemi varsa, sakinlər bizə məlumat versinlər"


Son günlər Bakının bir sıra rayonlarına (Nizami, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı) təbii qazın verilişində problemlər yaranır. Bu barədə musavat.com-a məlumat verən rayon sakinləri onu da qeyd ediblər ki,  həmçinin verilən təbii qazın təzyiqində əvvəlki günlərlə müqayisədə azalma müşahidə olunur.

Məsələni dəqiqləşdirmək üçün “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxladıq. İ.Kərbalayev musavat.com-a açıqlamasında bildirdi ki, hazırda heç bir ərazinin qazla təchizatında problem yoxdur: “Haradasa qəza baş verdiyi üçün qaz təchizatı dayandırılan zaman bununla bağlı öncədən kütləvi informasiya vasitələri ilə məlumat veririk. Hazırda qazın təzyiqi ilə bağlı da heç bir problem yoxdur. Ümumiyyətlə,  qeyd olunan rayonlar da daxil olmaqla heç bir yerdə qazın verilişi ilə bağlı çətinlik yoxdur. Əgər hansısa mənzildə qaz problemi varsa, sakinlər bizə məlumat versinlər. Əməkdaşlarımız həmin mənzilə gedərək, problemi aradan qaldırarlar”.
Buna baxmayaraq, son zamanlar SOCAR-ın Rusiyadan qaz istəməsi ictimaiyyətdə belə bir təsəvvür yaradıb ki, Azərbaycanda qaz qıtlığı yaşanır. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “IP Week” çərçivəsində jurnalistlərə açıqlamasında isə “Qazporm”dan qaz istəmələrinin səbəbini bu cür izah edib:

“Bunun üzərində çalışırıq. İmkanlarımız var, çox sayda elektrik stansiyalarımız hazırda qazdan daha ucuz qiymətə olan mazutla çalışırlar. Maraqlarımız var. ”Qazprom"a təkliflər irəli sürmüşük, cavab gözləyirik. “Qazprom”un verə biləcəyi istənilən həcmdən razıyıq. Laylara əlavə 3-4 milyard kubmetr qaz doldurmaq imkanlarımız var. Qiymətlərlə də əlaqədar problem yoxdur, formul üzrə alış həyata keçiririk".

Qeyd olunan məsələlərlə bağlı  Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban musavat.com-a bildirib ki, Azərbaycanda rəsmi rəqəmlərə görə 1 milyard kubmetr qaz itkisi var:

“Artıq qış mövsümünü başa vururuq. Gördüyümüz kimi bu il qış ötən illə müqayisədə mülayim keçdi. Ölkəyə qazın verilişində də hansısa ciddi problem yaşanmadı. Lakin "Günəşli" yatağında baş verən faciəvi hadisə istənilən halda  özünü SOCAR-ın hasilatında və təbii qazda göstərdi. Rövnəq Abdullayevin Londanda verdiyi açıqlamaya görə, platformada hər gün 1.3 milyon kubmetr qaz hasil edilirdi. Nəzərə alsaq ki, hələ may ayına qədər platformada təmir işləri aparılacaq, bu isə o deməkdir ki, hadisənin təbii qaza təxminən 200 milyon kubmetr təsiri olacaq. Nəticədə isə ölkədə qaz defisiti yaranır və qənaət rejiminə keçməyə məcbur oluruq. Artıq gördüyümüz kimi şəhərdə işıqlar da söndürülür. Eyni zamanda bir məqama da diqqət etmək lazımdır ki, Azərbaycanda qaz itkisi var. Rəsmi rəqəmə görə, bu, 1 milyard kubmetrdir. Qeyd olunan rəqəm əslində çox böyükdür. 

İtkilərin böyük hissəsi isə regionların payına düşür. Çünki şəhərdə elektron sayğaclarla və buna müdaxilələr çox kiçik həcmdədir. Əsasən bu hal, bölgələrdədir. Bunun qarşısını almaq üçün əvvəllər ayda 1 dəfə sayğaclar yoxlanılırdısa, indi bunu hər on gündən bir etmək lazımdır. İkincisi, magistral qaz kəmərlərində, paylayıcı şəbəkələrdə sızmalara nəzarət etmək üçün nəzarətçilərin sayı artırılmalıdır. Onlar vizual formada nəzarət etməklə qaz itkisinin harada baş verdiyini araşdırsınlar. Əgər itkinin qarşısını heç olmasa yarıbayarı azaldarsaq, bu, Azərbaycan üçün çox önəmli olacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Natiq Cəfərli: Faktiki olaraq Rusiya da Qərb idarəetmə modelinə keçir...

Ən çox oxunanalar