Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda təcili söküntü - Fotofakt


2015-ci il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında baş verən dəhşətli yanğından sonra Bakıdakı çoxmərtəbəli binalarda yanğına həssas olan üzlüklərin sökülməsinə başlanıldı


O hadisəyə qədər isə Xətai rayonu Zığ şosesi 16-da, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9-mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalar yanmağa başlamış, daha sonra binanın fasadını alov bürümüşdü. Xoşbəxtlikdən, həmin vaxt xəsarət alan olmamışdı.

15 sakinin öldüyü Binəqədidəki faciədən sonra isə ölkə başçısının tapşırığına əsasən, bütün binalar qısa zamanda odadavamsız üzlüklərdən təmizlənməli idi.

Qeyd edək ki, yanğından sonra binanın əsaslı təmir və yenidənqurulması üçün bina sakinlərinə kirayə pulu ödənilməsi, ölənlərin və zərərçəkənlərin ailələrinə verilən kompensasiya da daxil olmaqla 2015-ci il büdcəsindən Bakı meriyasına ümumilikdə 5 milyon manat məbləğində vəsait verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov həmin ərəfədə mətbuata verdiyi açıqlamada cəmi 263 binanın poliuretanla üzləndiyini, onun da 140-nın paytaxt ərazisində yerləşdiyini bildirmişdi. Mer 2015-ci ilin sonuna doğru bütün binaların həssas üzlüklərdən təmizləndiyini, bəzilərinin aqlay daşı ilə əvəzləndiyini, digərlərinin isə sadəcə boya ilə rəngləndiyini vurğulamışdı. O xüsusi qeyd etmişdi ki, həssas üzlüklü heç bir bina qalmayıb.

Lakin modern.az saytının əməkdaşı merin bu açıqlamasının əksi ilə qarşılaşıb. Belə ki, əməkdaşımız dünən Nərimanov rayonu, Fətəli Xan Xoyski ünvanında yerləşən binalardan birinin fasadında söküntü işlərinin aparıldığının şahidi olub.

Orada çalışan fəhlələrin verdikləri məlumata görə, bina Bədən Tərbiyəsi və İdman Akademiyasının keçmiş yataqxanasıdır: "Burada əvvəllər məcburi köçkünlər yaşayırdılar. Sonradan onlar çıxarıldılar, hazırda binada "Sovetski"də evləri sökülən və mənzillərinin kvadratı az olan sakinlər yerləşdiriliblər. Onların təhlükəsizliyi səbəbindən binanın üzlüyünün sökülməsi tapşırığı verilib. Biz də üzlüyü söküb, sementləyirik, daha sonra boya ilə rəngləyəcəyik".

Bu, şəhərin düz mərkəzində aşkarlanan bir "penoplast bina"dır, ucqarlarda kim bilir, hələ neçə dənədir...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar