Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə Xocalı Soyqırımının 25-ci ildönümü anılıb


25 fevral 2017-ci il tarixdə Bərdə rayonunda Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib


Bərdə rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü  ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri,  YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri və fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

     Tədbir iştirakçıları tədbirdən əvvəl   rayon məktəblilərinin  “Xocalı uşaqların gözü ilə” adlı rəsm   və Xocalı faciəsinə həsr edilmiş kitab  sərgisi ilə tanış olublar.

Tədbir Xocalı faciəsi ilə bağlı video-çarxın izlənməsi ilə başlanıb.

Tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan  rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev  Xocalı faciəsi ilə əlaqədar məruzə etmişdir. Bildirmişdir ki, Xocalı faciəsi bütünlükdə insanlığa qarşı törədilmiş cinayətdir. O müdhiş gecədə Xocalıdan Bərdəyə pənah gətirən məcburi köçkün soydaşlarımız bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni tikilmiş qəsəbələrdə mənzillərlə təmin olunmuşlar.  Hazırda Bərdə rayonunda 126 Xocalı ailəsi yaşayır.

Tədbirdə   Xocalı rayon İcra Hakimiyyətinin Bərdə rayon üzrə səlahiyyətli nümayəndəsi Ramiz Qəhrəmanov, Xocalı rayonundan  olan,  27 il erməni əsirliyində qalmış Valeh Hüseynov, həmin gecə 19 nəfər ailə üzvü və yaxınlarını itirmiş Xalidə Həsənova  çıxış etmiş, həmin gecə baş vermiş faciənin canlı şahidi olaraq gördüklərini tədbir iştirakçıları ilə bölüşmüşlər. Tədbirdə Xocalı rayonundan olan məcburi köçkünlərin bir qrupuna maddi yardım təqdim edilib.

 Tədbir iştirakçılarına  Xocalı faciəsi ilə əlaqədar Bərdə şəhər 6 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi – bədii kompozisiya təqdim edilib

pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Ən çox oxunanalar