Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəs bizim helikopteri ermənilər vursaydı...



Ya tərsinə olsaydı… Qarabağ səmasında uçan Azərbaycan helikopterini erməni əsgərləri vursaydı…


Belə olardımı? Avropa ayağa qalxardımı? ATƏT, NATO, AB, AŞPA, böyük dövlətlərin diplomatları, konqresmenləri həyəcanlanardımı, narahatlıq dolu bəyanatları bir-birinə calardılarmı? 

Yox, birmənalı olaraq, yox. Hamısı ya susardılar, ya da miyanə bir mızıldanma ilə məsələdən yan keçərdilər.

Müharibə gedən bölgədə hərbi vertolyotun hərbçilər tərəfindən vurulması adi müharibə epizodudur, olan şeydir, qayət normaldır, təmas xəttini pozan düşmən texnikası və canlı qüvvəsi məhv olunmalıdır. Bundan daha ağır hərbi cinayətlər var – məsələn, təmas xəttində yerləşən yaşayış məntəqələrində uşaqların, qadınların öz evlərinin içində güllə ilə vurulması… Hər il neçə-neçə belə hadisələr olur, günahsız uşaqlar, qadınlar snayper gülləsinin qurbanı olur, amma heç onda konqresmenlər, senatorlar, diplomatlar həyəcanlanmır.

Tərsinə olsaydı, Azərbaycanın hərbi helikopteri Ermənistanın səmasında, yaxud da Qarabağın erməni işğalı altında olan hissəsində vurulsaydı, bu halda da həyəcanlanan, narahat olan parlamentarlar, siyasətçilər günahı sərhədi pozan, təmas xəttini keçən Azərbaycan helikopterində görəcək, ən azı vuranla vurulan arasında bərabərlik işarəsi qoyacaq, “hər iki tərəfdə günah olub” deyəcəkdilər. 

Başqa heç nə. Həmişə belə olub. Belə görmüşük.

Bu cür açıq-aşkar ayrı-seçkiliklər barədə yüz dəfələrlə yazılıb. Ortada olan ayrı-seçkilik hallarını ortaya çıxaran amillərə roluna inananlar da var, inanmayanlar da. Amma hər şey göz önündədir. 

Fakt budur: Avropa erməniləri daha doğma sayır və burada irqi, dini, milli faktorun həlledici rolunu heç kəs danmamalıdır. Bu, artıq danılmaz haldadır.

Ritorik ifadəni yenə təkrar edək: Ya tərsinə olsaydı… Azərbaycan hərbi təcavüzə qol qoyaraq, Ermənistanın İsrail dövlətinin ərazisi boyda olan mahalını demirəm, bircə rayonunu zəbt eləmiş olsaydı, Avropa, Amerika bu işi belə qoyardımı? BMT-nin 4 qətnaməsinin kağız üzərində qalmasına təhəmmül edərdilərmi? Etməzdilər və bu işi də belə qoymazdılar. Dərhal anti-Azərbaycan koalisiyası formalaşdırar, hərbi güc tətbiq edərək aqressoru öz yerinə çəkilməyə vadar edərdilər. 

Ermənistana gəlincə isə, vəziyyət və ritorika dəyişir: “Münaqişə danışıqlar yolu ilə həll olunmalıdır”; “Güc tətbiqi yolverilməzdir”; “Tərəflər qarşılıqlı kompromiss əldə etməlidir”; “Hər iki tərəf atəşkəs rejiminə ciddi riayət etməli, güc tətbiqi və güc tətbiq etməklə hədələməkdən çəkinməli və münaqişənin dinc yolla həllinə dair cəhdləri bərpa etməlidir” və s.

Bu kimi ayrı-seçkilik və qərəzli yanaşma hallarını görəndən sonra ictimaiyyətin siyasi fəal kəsiminin Avropanın ədalətinə inamı sarsılır, dolayısı ilə Avropa dəyərləri (demokratiya, insan haqları, ədalətli seçki, tolerantlıq və s.) gözdən düşür. 

Uzun müddətdir ki, Azərbaycan hakimiyyəti Avropanın bu kimi ayrı-seçkilik və ədalətsizliklərini əlində dəstəvuz edərək, həm qoca qitəni yamanlayır, həm də onun dəyərlərini “vurur”, parlaq nümunələrini isə görməzlik edir. 

Olaya ədalətlə yanaşanda isə hər şey olduqca sadədir: işğal olunmuş vətəninin səngərində oturmuş Azərbaycan əsgəri ona təhlükəli şəkildə yaxınlaşan və hər an atəş açaraq onları məhv edə biləcək düşmən texnikasını zərərsizləşdirir. Həmin texnika tank, zirehli transportyor, yaxud da qırıcı təyyarə ola bilərdi, fərqi yoxdur, o yaxınlaşırsa, təhlükə törədir və vurulmalıdır.

Söhbət atəşkəsin pozulmasından gedirsə, bu hər gün baş verir. Son illərdə elə bir gün olmayıb ki, atəşkəs rejimi gecədə ən azı 50 dəfə pozulmasın. 

Ermənilərin hərbi helikopterinin vurulması da adi atəşkəs rejiminin pozulması halıdır. Həm də təhrikçi sırf erməni tərəfidir. Vurulmasını istəməyən hərbi helikopter, 3-4 yüz metr o tərəfdən uçaydı. 

Məşhur məsəl də var: “Arığın qoruqda nə işi vardı ki, vurub qıçını qıraydılar”… (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar