Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir Avropa nağılı...


Hətta nağıllar da bitir. Budur, Avropa oyunları da yekunlaşmaqdadır. Bilmirəm, bu bir neçə gündə biz nə qədər avropalı ola bildik? Bilmirəm, bu bir neçə gündə Avropa bizi və ölkəmizi nə qədər diqqətdə saxladı? Bircə onu bilirəm ki, bu günlər həqiqətən də xoş idi.


Mən gürcülərə həmişə ona görə həsəd aparmışam ki, onlar daim özlərini Avropanın bir hissəsi kimi hesab ediblər. Amma indi baxıb görürəm ki, bizim özümüzü avropalı hiss etmək şansımız daha böyükdür...

Ən azı ona görə ki, daha tarixin carxı geri dönməyəcək, daha heç kim Tiflisi Qafqazın inzibati və siyasi mərkəzi elan etməyəcək. Bundan sonra kim çalışacaqsa, kim tər tökəcəksə və kim daha imkanlı olacaqsa, o, da daha şanslı olacaq-həm Avropa olmaq sarıdan, həm də inkişaf baxımından...

Bəlkə də kimsə mənim Avropa ilə bağlı dediklərimə bir az ironiya ilə yanaşacaq və “Biz şərqliyik!” deyib duracaq. Olsun. Avropa oyunlarından sonra İslam Həmrəylik oyunları başlayacaq. O, da bizimkidir! Məgər bundan gözəl bir şey varmı? Kiçik bir ölkə özündə iki dünyanı-Şərqi və Qərbi birləşdirir...

Həm də mənim Avropa sevgim kor, hətta “platonik” bir sevgi də deyil-mən sadəcə, oradakı yaxşılıqların bura transfer olunmasını istəyirəm...

Əvvəldə “Hətta nağıllar da bitir” yazdım. Amma nağıl bitəndə Göydən üç alma düşür. Mən də istərdim ki, növbəti nağıldan-Avropa oyunlarından sonra Göydən üç siyasi alma düşsün...
Birincisi, Avropada olduğu kimi bizdə də əsl seçkili, Konstitusiya və insan haqları ilə, seçicilərin və ümumiyyətlə, cəmiyyətin nəzarətilə məhdudlaşan bir icra hakimiyyəti formalaşsın...

İndiki sadəcə, hökumətdir-o, heç kimə tabe deyil, heç kimin qarşısında hesabat vermir, özü qərar verir və özü də icra edir, hətta özünün işlərinə və bu işlərin necə aparılmasına elə özü də nəzarət edir. Ona görə də bununla barışmaq olduqca çətindir, çünki buna sadəcə, bir Şərq despotiyası deyirlər...

İkincisi, Avropada olduğu kimi bizdə də alternativ, gizli, bərabər və ədalətli seçki ilə formalaşan və strukturca çoxpartiyalı bir parlament olsun...

İndiki sadəcə, Ali Sovetdir. Onun, bəli, keçmiş Sovetlərdən heç bir fərqi yoxdur. Hərəyə bir mandat verməklə bir-iki partiyanı toplayıblar ora və özləri də elə bilirlər ki, guya bu da çoxpartiyalı parlamentdir! Amma bu, necə çoxpartiyalı və plüralist parlamentdir ki, orada hətta hakim partiyanın özünün deputatları qorxa-qorxa danışırlar?!.
Avropada heç vaxt qorxu qəbul olunmaz. Hər şeydə və hər məsələdə bir anlaşma və sevgi aranar. Ona görə ürəkdən istəyirəm ki, Avropa nağılının üç almasından biri də əsl parlament olsun...

Üçüncüsü, Avropada olduğu kimi bizdə də müstəqil, ədalətli və hüquqa sadiq bir məhkəmə hakimiyyəti qurulsun...

İndiki nəinki müstəqil və ədalətli deyil, hətta bəzi qərarları çıxararkən özünü lap hakim partiyanın nəzarət-təftiş komissiyası kimi aparır...

Qərəz, bu üç arzu hasil olsa və avropalı Ş.Monteskyönün dediyi kimi, həmin bu üç hakimiyyətin müstəqilliyi təmin olunsa, biz də dönüb olarıq lap avropalı-özü də bircə günün içində...

Demirəm ki, ənənələrdən qopaq, özümüzdən ayrılaq. Əsla! Amma gəlin biz də birdəfəlik öz yerimizi tapaq... Elə hey vurnuxuruq! Və özümüzü ora-bura çırpırıq. Amma niyə etiraf etmirik? Axı bizim insanların meyli daha çox Avropaya bağlıdır! Ola bilsin, bunda dünyəvi, sekulyar cəmiyyət təcrübəsinin daha çox olması, hətta 70 illik sovet təcrübəsi, hətta iki illik müstəqillik dövrü də az rol oynamır...

İnsanlarla danışırsan, görürsən ki, onlar Qərbə meyllidirlər. Hətta Şərqdə də rasional və mütərəqqi nə varsa, onun fərqindədirlər, onu götürmək və qəbul etmək istəyirlər... Heç kim özünün Şərq köklərini unutmur, ona sadiqdir. Gəl, bunların hamısını hifz etmək və hamısının da sintezinə nail olmaq üçün Qərb modelinin daha uyarlı olmasını başa düşürlər...
Mən bunun təzahürünü haradasa İsraildə görürəm. Hər bir yəhudi hər şeydən əvvəl yəhudidir. Amma yəhudilər özlərini həm də dünya və Avropa mədəniyyətinin bir hissəsi hesab edirlər. Bir də görürsən ki, bir yəhudi hətta avropalıların özündən də çox avropalı ola bilir. Elə həmin inkişafın sirri də bu məsələdədir-onlar hər şeydən əvvəl yəhudi və avropalıların özlərindən də çox avropalıdırlar... 

Yarızarafat və yarıciddi bir söz deyəcəm . Köklərini axtarsan və bu adamın nəsil şəcərəsinə baxsan, bir də görərsən ki, elə Ş.Monteskyö də yəhudi əsilli olub, hərçənd ki, mən bunu dəqiq bilmirəm və sadə bir zarafat kimi yazıram...    

Qərəz, nağıl da bitir. Amma istərdim ki, o, bitəndə məlum olsun ki, bu, heç də nağıl-filan deyilmiş, elə əsl gerçək həyat imiş...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar