Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boris Conson “Breksit”in Britaniya üçün doğuracağı nəticələrdən danışıb

Böyük Britaniyanın Avropa Birliyindən çıxması ideyasının əsas müəlliflərindən sayılan, Londonun keçmiş meri Boris Conson "Breksit”in ölkəsi üçün doğuracağı nəticələrdən danışıb


Musavat.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə Boris Conson bu barədə “The Telegraph” qəzetində məqaləsində yazıb.

Conson Britanıyanın Avropa Birliyindən çıxma haqqında qərarını “əsrin ən qeyri-adi hadisəsi” adlandırıb və ölkəsinin bundan sonra da Avropa Birliyi ilə münasibəltərini inkişaf etdirəcəyini söyləyib.

“Mən Britaniyanın Avropanın əsas  bir tərkib hissəsi olduğunu və ömür boyu da belə qalacağını şişirtmirəm. Bizim incəsənət, elm, universitetlər, ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə Avropa Birliyi ilə sıx əməkdaşlığımız davam edəcək”, - deyə o yazıb.

Conson həm Britaniyada yaşayan Avropa vətəndaşlarının, həm də Avropa Birliyində yaşayan britaniyalıların hüquqlarının bərabər şəkildə tam qorunacağına söz verib.

Bundan başqa, o, vahid bazarın və sərbəst gediş-gəlişin bundan sonra da davam edəcəyini vurğulayıb.

Londonu keçmiş merinin sözlərinə görə, dəyişən yalnız budur ki, “Britaniya Avropa Birliyinin qeyri-məhdud və qeyri-şəffaf qanunvericilik sistemindən və Avropa məhkəməsinin zülmündən qurtulur.

Boris Conson Şotlandiyanın müstəqilliy barədə referendumun yenidən keçrilməsi üçün real ehtiyac görmədiyini söyləyib.

Xatırladaq ki, Böyük Britaniya baş naziri Devid Kemeronun istefasından sonra Boris Conson bu posta ən real namizəd hesab olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar