Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün şair Əhməd Cavadın ad günüdür



Əhməd Cavad türklərin çox sevdiyi “Çırpınırdı Qara dəniz” şerini qələmə alıb


Şair-tərcüməçi, Azərbaycan dövlət himninin banisi Əhməd Cavadın dünyaya gəlməsindən 123 il ötür. Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.

Əhməd Cavad adı bizə ən əvvəl ruhumuzun qidası olan himnimizi xatırladır. Azərbaycanın ictimai və mədəni həyatında əvəzsiz xidmətləri olmuş iki görkəmli şəxsin - Üzeyir Hacıbəyli ilə Əhməd Cavadın işbirliyi nəticəsində bu gün fəxarət hissi ilə dinlədiyimiz himnimiz ərsəyə gəlir.

Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.

Onun Şeirləri 1913-cü ildən çap edilməyə başlayıb. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma” adlı ilk kitabı çapdan çıxıb. 1919-cu ildə isə "Dalğa” adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

Türkiyə Əhməd Cavadın həyat və yaradıcılığında mühüm rol oynayıb. 1914-cü ildə kömək üçün 1-ci Dünya müharibəsinə gedən Əhməd Cavad Qara dənizi görərək Türkiyənin ikinci himni, hərbi marşına çevrilən "Çırpınırdı Qara dəniz” şerini qələmə alır. Əhməd Cavad yaradıcılığı təkcə yazıçılıqla məhdudlaşmayıb. O, həmçinin Şekspirin "Otello”, "Romeo və Culyetta”, Şoto Rustavelinin "Pələng dərisi geymiş pəhlivan” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub. Antisovet fəaliyyətində ittiham olunan Əhməd Cavad güllələnib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ən çox oxunanalar