Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu həftə girovlarla görüş olacaq


Şahbazın bacısı: "Xahiş etmişik ki, onlara bağlama göndərək"


Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bu həftə girov kəlbəcərlilərə baş çəkəcək. 

Bu barədə ans press-ə ötən il Kəlbəcərdə ermənilərin girov götürdüyü Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib. 

"Aprelin 17-də məktub yazıb Beynəlxalq Qızıl Xaç Komitəsinə vermişik. Bu həftə ərzində görüş olacağı gözlənilir. Görüşdə Şahbazdan məktub alıb bizə verəcəklərini gözləyirik. Komitədən xahiş etmişik ki, əgər mümkündürsə, onlara bağlama göndərək. Hələlik dəqiq bir cavab verməyiblər. Amma deyirlər ki, çətin ki, buna imkan verilsin". 

Azərbaycan nümayəndəliyinin şöbə müdiri İlahə Hüseynova isə görüş haqqında yalnız görüşdən sonra məlumat veriləcəyini bildirib. "Saxlayan tərəf saxlanılan şəxslər üçün normal şərait təmin etməlidir. Əgər ehtiyac olarsa, Beynəlxalq Qızıl Xaç Komitəsi də bununla bağlı öz məsləhətlərini verə, aidiyyatı orqanlara müraciət edə bilər".

Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi ötən ilin iyul ayında girov götürüblər. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan "məhkəmə"də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib. Onlarla birlikdə olan Həsən Həsənov isə ermənilər tərəfindən vəhşicəsinə öldürülüb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar