Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat referendumun əhəmiyyətindən danışdı


Bu gün ölkədə Referendum keçirilir


Son günlər ölkədə ən ciddi müzakirə edilən mövzu referendumla bağlı məsələlərdir.

 İqtidar tərəfi referendumun vacibliyini bildirsə də, müxalifət tərəf bunu kəskin tənqid edir.

Referendumla bağlı millət vəkili Araz Əlizadə Ölkə.Az-a danışıb:

"Konstitusiya daşdan, qranitdən deyil, təbii ki, təkmilləşməlidir. Həyat yeni-yeni məsələlər ortaya çıxardır. Bu gün Azərbaycanda özünü müxalifət adlandıran qüvvələr vitse-prezidentlik maddəsindən yapışıblar.

Mənim üçün ən maraqlı maddə torpaqla bağlı olan maddədir. Özəlləşmə zamanı oğru məmurlar çoxlu torpaq almışdılar. O torpaqların çoxusu da kənd təsərrüfatı torpaqlarıdır. Həmin məmurlar ya o torpaqlarda ev tikib, ya da heç istifadə etmirlər. Azərbaycanın ərazisi balacadır. Kənd təsərrüfatı üçün torpaq çatışmazlığı var. Həmin torpaqları yenidən canlandırmaq olar. Mənim üçün Referendumda səsverməyə çıxarılan əsas məsələ budur. Odur ki, bu referendum və Konstitusiyada dəyişikliklər lazım idi. Prezidentin 7 il müddətinə seçilməsinin tərəfdarıyam. Ölkədə onsuz da tez-tez seçkilər keçirilir. Seçkilər həm də böyük xərc deməkdir. Ona görə də təklif edirəm ki, Bələdiyyə seçkiləri ilə Parlament seçkiləri eyni vaxtda keçirilsin.

Referendumun əleyhinə çıxanlar, özünü müxalifət adlandıran qüvvələr, Qarabağ məsələsində həmişə ikili standartlardan çıxış edən və Azərbaycanın dostu olmayan dövlətlər, o cümlədən ABŞ-ın ən böyük meymunu olan Con Makkeyndir.

Stalinin belə bir sözü var idi, "mənim düşmənim məni tərifləyirsə, görəsən harada səhvə yol vermişəm?", "mənim düşmənlərim bizi pisləyirsə, demək düz yoldayıq". Fransanın dahi prezidenti Şarl de Qolun çox qəribə görünüşü var idi. Onun karikaturasını çəkmək çox asan idi. Şarl de Qoll işə gələndə mətbuat xidmətinə birinci sualı o idi ki, "mənim karikaturamı çəkiblər?". Mətbuat xidməti "yox" deyən kimi, Şarl de Qoll deyirdi, "dərhal hökuməti yığın, biz nədəsə səhv etmişik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ən çox oxunanalar