Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar Ankarada müalicə olunan əsgərlərimizi ziyarət etdi


Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ankarada müalicə olunan yaralı Azərbaycan əsgərlərini ziyarət ediblər


Əsgərlər qeyd ediblər ki, onların müalicəsi ilə bağlı bütün şərait yaradılıb və bundan sonra da Vətənin müdafiəsi üçün döyüşməyə hazırdırlar. “Mübarizə hələ qarşıdadır” deyən Ədalət Məmmədov bildirib ki, düşmənin xain hücumu nəticəsində bir neçə hərbiçimizin şəhid olması və yaralanması Azərbaycan əsgərlərinin düşmənə qarşı mübarizə əzmini daha da artırıb.

Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərovun nəvəsi Elvin Əsgərov torpaqların müdafiəsi zamanı əsgər yoldaşlarının göstərdikləri qəhrəmanlıqları ömrünün sonunadək qürurla xatırlayacağını və Azərbaycan döyüşçülərindəki ruh yüksəkliyini düşmən üçün hər zaman sarsıdıcı olduğunu bildirib.

Vətənin ərazi bütövlüyü uğrunda döyüşməyin şərəfli vəzifə olduğunu bildirən Sərxan Tahirzadə göstərilən diqqət və qayğını Azərbaycan dövlətinin onların timsalında bütün hərbi qulluqçulara olan yüksək münasibəti kimi dəyərləndirib.

AzərTAc xatırladır ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç əsgəri - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ən çox oxunanalar