Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ələt-Astara yolunda işlər pulsuzluqdan tam dayandı


Yeni çəkilən Ələt-Astara avtomobil yolunda tikinti işləri artıq üçüncü gündür ki, tamamilə dayandırılıb


Bu məlumatı virtualaz.org saytının Şirvan bürosuna həmin tikinti işlərini həyata keçirən “EVRASCON” şirkətinin işçiləri verib.

Yol çəkilişi ilə yanaşı “EVRASCON”un Bəhrəmtəpə çınqıl istehsalı karxanasında da işlər dayanıb. Şirkət rəhbərliyi işçilərə bunun səbəbini yanacaq olmaması ilə izah edib.

Şirkət əməkdaşlarının saytımıza bildirdiklərinə görə, “EVRASCON”un əməkhaqqı borcları da artmaqda davam edir. Belə ki, şirkət iyun ayının 15 gününün, üstəlik iyul, avqust və sentyabr aylarına görə əmək haqlarını ödəməyib.

Xəbər verdiyimiz kimi, şirkət yanacaq çatışmazlığını əsas gətirərək yol çəkilişini ötən ayın ortalarında da bir neçə günlüyə dayandırmışdı.

Ələt-Astara avtomobil yolunu inşa edən “EVRASCON” şirkətinin işçiləri sentyabrın 9-da aksiya keçirərək maaşlarının verilməsini tələb etmişdilər. Həmin gün şirkətin Direktorlar Şurasının sədri Manaf Şirinov Salyanın Çuxanlı kəndindəki düşərgədə yol çəkənlərlə görüşmüş, onları “yola gətirərək” bildirmişdi ki, aksiya keçirmək “düzgün hərəkət” deyil. O demişdi ki, "EVRASCON"un maliyyə vəziyyətinin olduqca ağır olmasını nəzərə almaq lazımdır. M.Şirinov o zaman bunu da bildirmişdi ki, buna baxmayaraq may ayından bəri yığılıb qalmış əməkhaqqı borcların 2 ayını yaxın vaxtlarda, konkret olaraq may ayının əməkhaqqını sentyabrın 11-də, iyun ayının əməkhaqqını isə sentyabrın sonunda ödəyəcəklər.

Amma ağır maliyyə durumu Manaf Şirinova verdiyi vədə əməl etməkdə mane olub. Fəhlələrə bu günlərdə iyun ayı üçün əməkhaqqı borcunun yarısı ödənilib. Son 3 ayın əməkhaqqı borcları isə ödənilməmiş qalır.

"EVRASCON" baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Abid Şərifov şirkətin qardaşına məxsus olduğunu mətbuata aşıqlamasında özü də təsdiqləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar